Yuxarı

Bu yolla Azərbaycana zərbə vurmaq istəyirlər - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət hazırlanıb, həyata keçirilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva bu gün AŞPA-da “Dezinformasiya və propaqanda kontekstində ictimai media xidməti” adlı qətnamə layihəsi ətrafında gedən müzakirələrdə çıxış zamanı deyib.

Millət vəkili AŞPA-da, o cümlədən Avropa ölkələrində Azərbaycan əleyhinə dezinformasiya yayan KİV və siyasətçiləri kəskin tənqid edib və bildirib ki, dezinformasiyalarla mübarizədə ikili standartlar olmamalıdır:

“Dəyərli həmkarlarım, müasir dünyada yanlış xəbərlərin dövlət və cəmiyyətlər üçün ciddi təhlükəyə çevrilməsi hamımızı ciddi narahat etməlidir. Yanlış xəbərlər insanlara, sosial qruplara, təşkilatlara və ölkələrə ciddi ziyan vurur və fəaliyyətlərinə təhlükə yaradır. Yanlış xəbərlərin qloballaşması və onların kommersiya məqsədilə istifadəsi olduqca təhlükəlidir. Bu gün əksər hallarda yanlış xəbərlərdən siyasi kampaniyalar üçün alət kimi istifadə edilir. İnsanlar “dezinformasiya hücumu”na məruz qalırlar. Təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət həyata keçirilməlidir. Bu mübarizədə hər birimiz fəal iştirak etməliyik. Yanlış xəbərlərin yayılmasının qarşısının alınması, onlarla mübarizədə ənənəvi KİV-lərin, informasiya agentliklərinin üzərinə mühüm vəzifələr düşür”.

Deputat bu gün mətbuat, söz azadlığı adı altında dezinformasiya yayan KİV və jurnalistlərin sayının artmasından təəssüfləndiyini bildirib:

“Bu, çox təhlükəlidir və bu cür halları cəmiyyətə qarşı terror da adlandırmaq olar. Hesab edirəm ki, bu cür hallara qarşı birgə mübarizə aparılmalıdır. Azərbaycan da bu məsələlərə ciddi önəm verir, dezinformasiyalara qarşı mübarizə aparır və bu istiqamətdə beynəlxalq təşəbbüsləri daim dəstəkləyir. Çünki Azərbaycan dezinformasiyalardan ən çox əziyyət çəkən ölkələrdən biridir. Məsələn, elə Avropanın bir sıra KİV-lərində dəqiq olmayan faktlar, yanlış məlumatlar əsasında Azərbaycana qarşı çox sayda dezinformasiyalara yol verilir. Bu dezinformasiyaların əksəriyyəti məqsədli olaraq yayılır. Bir sıra siyasi güclərin, diaspor və lobbilərin, bəzi şirkətlərin maraqları çərçivəsində həyata keçirilən bu dezinformasiyaların məqsədi Azərbaycanın dünyadakı imicinə zərbə vurmaq, təzyiq göstərməkdir”.

Q.Paşayeva qeyd edib ki, sadəcə KİV-lər, jurnalistlər, sosial şəbəkələr deyil, siyasətçilər də bəzi ölkələrlə bağlı dezinformasiyaların, yanlış məlumatların yayılmasında fəal rol oynayırlar:

“Azərbaycana qarşı bu cür addımların burada dəfələrlə şahidi olmuşuq. Hansı ölkəyə qarşı söylənilməsindən asılı olmayaraq dezinformasiyalara qarşı sərt mübarizə aparmalıyıq. Dəyərli həmkarlarım, terror təşkilatlarının, terroru dəstəkləyən, radikallığı, nifrəti, islamafobiyanı və antizemitizmi gücləndirən qrupların sosial media və şəbəkələrdə artan fəallığı da hamımızı ciddi narahat etməlidir. Dezinformasiyalarla mübarizədə bəzi məsələlərdə olduğu kimi ikili standartlara yol verilərsə, mübarizə tam effekli olmayacaq. Yanlış məlumatlandırma siyasətinin xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqişələri alovlandırmaq, çaşqınlıq, vahimə, nifrət yaratmaq kimi təhlükələrindən ciddi narahat olmalıyıq”.

Tarix
2019.01.23 / 16:36
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla