Yuxarı

Bakının bu rayonunda 3 gündür istilik yoxdur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonu ərazisində bir çox binalara 3 gündür istiliyin verilməsi dayandırılıb.

Bu barədə Axar.az-ı məlumatlandıran sakinlərin sözlərinə görə, Azəristiliktəchizat ASC-nin 6 saylı Xətai rayon İstismar Sahəsi istiliyin olmamasını bəzi istilik xətlərindəki qəza ilə əlaqələndirib. Maraqlıdır ki, ötən gün qəzanın aradan qaldırıldığı və istiliyin bərpa olunduğu bildirilsə də, binalara verilən istilik bir neçə saatdan sonra yenidən kəsilib. Qurumdan növbəti qəzaların olduğu deyilib.

Sakinlərin sözlərinə görə, istiliyin olmaması səbəbindən hamı elektrik qızdırıcılarından istifadə edir ki, bu da həm bahalı, həm də təhlükəlidir. Təsadüfü deyil ki, 3 gün ərzində iki dəfə elektrik enerjisinin verilməsində qısamüddətli fasilə yaranıb.

Qeyd edək ki, hələ payızda Azəristiliktəchizat ASC qışa tam hazır olduğunu, bütün xətlərin yoxlandığını açıqlamışdı. Baş verən ardıcıl qəzalar nəticəsində böyük bir rayonun əhəmiyyətli hissəsinin 3 gün istiliksiz qalması isə qurumun qışa hazırlıq səviyyəsini təxmin etmək üçün kifayətdir.

Tarix
2019.01.23 / 23:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla