Yuxarı

Natiq Cavadova yüksək vəzifə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Aerokosmik Agentliyinə (MAKA) yeni baş direktor təyin olunub. Bu vəzifə texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü Natiq Cavadova həvalə olunub.

Axar.az xəbər verir ki, bu təyinata qədər N.Cavadov "Sənayeavtomatika" İstehsalat Birliyinə rəhbərlik edib.

Qeyd edək ki, Natiq Cavadov 18 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. O, 2009-cu ildən "Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri" elmi-texniki jurnalının, 2011-ci ildən isə Moskvada nəşr edilən "Neft sənayesində avtomatlaşdırma, telemexanika və rabitə" elmi-texniki jurnalının redaksiya heyətinin üzvüdür. 2011-ci ildə Azərbaycan Mühəndislik Akademiyasının Nəzarət Təftiş Komissiyasının sədri seçilmişdir. 2011-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının "Mühəndislik şöhrəti" medalı ilə təltif olunmuşdur. Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının texnika elmləri üzrə Ekspert Şurasının sədridir.

200-dən artıq elmi məqalənin, o cümlədən 5 monoqrafiya, 1 dərslik, 5 müəlliflik şəhadətnaməsinin müəllifidir. 90-dan çox elmi məqaləsi xarici ölkələrdə - İspaniya, Yunanıstan, İran, Türkiyə, Rumıniya, Rusiya, Belarus, Ukrayna, Avstriya və Latviyada çap edilib.

Tarix
2019.01.24 / 10:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla