Yuxarı

Deputat prezidentə suallar ünvanladı – AŞPA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Radikalizm, populizm, islamafobiya və antisemitizm kimi mövqelər artmaqdadır.

Axar.az xəbər verir ki, bunu AŞPA-nın qış sessiyasında qurumun Azərbaycanın nümayəndə heyətinin üzvü, Azad Demokrtlar Qrupunun vitse-prezidenti Qənirə Paşayevanın sualına cavabında Finlandiya Prezidenti Sauli Niiniströ deyib.

Millət vəkili Avropanın bu günü və gələcəyi üçün təhlükəli olan islamafobiya və antisemitizmin artmasının ciddi narahatlıq doğurduğunu və bu mənfi tendensiyalarla mübarizənin, mədəniyyətlər və sivilizasiyalararası dialoqun gücləndirilməsinin Finlandiyanın prioritetləri sırasında olub-olmaması ilə maraqlanıb.

Finlandiya prezidenti isə deputata cavabında həqiqətən də belə mövqelərin artdığını bildirib:

“Bu məsələdə müxtəlif ölkələrdə vəziyyət oxşardır. Lakin bu məsələnin həllini tapmaq çox çətin missiyalardandır. Findandiyada son 30 il bundan əvvələ nəzər salanda görürəm ki, bu gün vəziyyət çox yaxşıdır. Lakin əmin deyiləm ki, insanlar bundan razıdırlar. Populizmin yer almasına səbəb insanların yaxşıya tez öyrəşmələri, getdikcə daha artıq tələbkar olmalarıdır. Üzləşdiyimiz yeni elementlərdən biri də sosial mediadır. Lakin mən bu məsələdə optimistəm. Çünki həqiqətin bərpa olacağına, demokratiyaya inanıram. İnsanlar axırda doğrunu anlayırlar. Finlandiyada bu problem 60-cı illərdə və sonuncu dəfə 10 il bundan qabaq özünü göstərib. Yaranan partiyanı biz populistlər adlandırmışdıq. Lakin onların fəaliyyəti bir gün dayandı və bu gün onlar, ümumiyyətlə, mövcud deyillər. Lakin bu insanlara “siz tamamilə səhvsiniz“, “siz danışmayın“ deməyin lehinə deyiləm. Çünki bu, bizə qarşı tənqidləri daha da artıracaq”.

Prezident Q.Paşayevanın Avropa ölkələri və qurumlarının münaqişələr nəticəsində bu məkanda artan qaçqın probleminə dair fəaliyyəti ilə bağlı sualını isə belə cavablandırıb:

“Avropa Birliyinin ümumi qərarları və yanaşması olmalıdır. Bu cür addımlar məsələyə daha çox töhfələr verə bilər. Hər bir ölkə öz qaydaları, istək və düşüncələri ilə bu məsələyə yanaşsa, bu, xaosa səbəb ola bilər. Ümumi yanaşmaların həyata keçirilməsinə ehtiyac var”.

Tarix
2019.01.24 / 16:38
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla