Yuxarı

“Nar” abunəçiləri Votsapdan pulsuz istifadə edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin ən gənc və innovativ mobil operatoru olan “Nar” abunəçilərini sevindirməyə davam edir. Bütün “Limitsiz İnternet” paketlərinə qoşulan “Nar” abunəçiləri üçün Votsap pulsuzdur. Hətta meqabaytlar bitdikdən sonra da abunəçi istifadə müddətinin sonuna qədər pulsuz internetdən və Votsap ilə limitsiz yazışmadan yararlana bilər. Üstəlik, XL, 2XL və 3XL paketlərində gecələr internet trafiki tam sürətli olmaqla yanaşı, həm də pulsuzdur və paketin meqabaytlarından istifadə edilmir.

Axar.az xəbər verir ki, “Nar” abunəçilərə müxtəlif həcmli “Limitsiz İnternet” paketlərdən birini seçmək imkanı verir. İstifadəçilər həm mobil telefonunda, həm də kompüterdə 150 Mb/s-dək sürətdən zövq ala bilərlər. Bundan başqa, sifariş edilən “Limitsiz İnternet” paketin trafiki bitmədiyi halda belə, abunəçi yeni “Limitsiz İnternet” paketi sifariş edə bilər. Bu zaman hər iki paketin meqabaytları cəmlənəcək və ancaq hər paketin trafiki uyğun paketin istifadə müddəti ərzində aktiv olacaq. Aktiv paketlərin istifadə müddəti bitdikdən sonra sonuncu sifariş edilmiş paket yenidən aktivləşəcək.

“Nar”ın “Limitsiz İnternet” paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Tarix
2019.01.24 / 17:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla