Yuxarı

“Bakcell” və “Premium Bank” arasında memorandum

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi "Bakcell" şirkəti və ölkənin ən nüfuzlu banklardan biri olan Premium Bank arasında əməkdaşlıq memorandumu imzalanıb.

Axar.az xəbər evrir ki, maliyyə və bank sektorunda “Bakcell”in ən böyük korporativ abunəçilərindən biri olan “Premium Bank”la imzalanmış sənəd tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə qarşılıqlı fəaliyyətin təşkili və müxtəlif sahələrdə birgə layihələrin icra edilməsini nəzərdə tutur.

“Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və “Premium Bank”ın Müşahidə Şurasının sədri Elçin Əhmədov tərəfindən imzalanan əməkdaşlıq memorandumu çərçivəsində tərəflər telekommunikasiya və bank sahəsində birgə məhsul və xidmətərin təqdim olunması imkanlarını müzakirə ediblər.

“Bakcell” şirkəti hazırda müxtəlif sahələri təmsil edən 3500-dən artıq korporativ müştəriyə xidmət edir. “Bakcell” ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara mobil telekommunikasiya sahəsində istənilən növ xidməti göstərməyə hazırdır. “Bakcell” özünün korporativ abunəçilərinə təhlükəsiz və etibarlı rabitə təqdim etməklə daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərməklə ölkə iqtisadiyyatının və ümumi biznes sektorunun inkişafına töhfə verir.

Tarix
2019.01.24 / 17:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla