Dünyada 30
milyon insan köləlik şəraitində yaşayır
Avstraliyada
yerləşən Sərbəst Yerimə Fondu (Walk Free Foundation) tərəfindən ilk
dəfə hazırlanan və 162 ölkəni əhatə edən "Köləlik İndeksi"nə görə,
dünya səviyyəsində təxminən 29.8 milyon insan kölə şəraitində
yaşayır.
Azərbaycanda
32-35 min adamın kölə vəziyyətində yaşadığı qeyd edilən "Köləlik
İndeksi"ndə birinci yerdə Mavritaniya gəlir. Əhalisinə görə kölə
statusundakı insanları müqayisə edən indeksdə birinci yerdə olan
Mavritaniyadan sonra Haiti, Pakistan, Hindistan, Nepal, Moldova və
başqa ölkələr gəlir.
Müasir köləlik indeksi məcburi ərə vermə, bir insanı
borclandıraraq özünə bağlamağı və insan alverini də əhatə edən
məlumatlar toplanaraq hazırlanır. Müasir köləliyin az olduğu
ölkələr sırasında birinci yerdə İspaniyadır. Bundan sonra
İslandiya, İrlandiya, İngiltərə, Yeni Zellandiya, İsveçrə, İsveç,
Norveç, Lüksemburq, Finlandiya və Danimarka gəlir. 162 ölkə üzrə
nəticələr elan olunan indeksdə Azərbaycan 51-ci yerdədir.