Yuxarı

Bakıda müəllimlər qapıçı dayanmağa məcbur edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda yerləşən 297 saylı məktəbin bütün müəllimələri növbə ilə qapıçılıq edirlər.

Bu barədə Axar.az-a Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən sözügedən məktəbdən məlumat veriblər. Məlumata görə, direktor Fazil Məmmədov məktəbdə dərs deyən bütün müəllimələri qapıçı dayanmağa məcbur edir.

Bunun üçün F.Məmmədov xüsusi siyahı da tutub. Yaşından və dərs dediyi fəndən asılı olmayaraq, bütün müəllimlər növbə ilə qapıçılıq edir.

Məlumata görə, müəllimlər buna bir neçə dəfə etiraz etsələr də, direktor etirazı qəbul etməyib:

"Direktor Fazil Məmmədovun fikrincə, bu, müəllimlərin borcudur. Müəllimlərə deyir, onsuz da işdəsiniz, nə fərqi var, ya dərs dediniz, ya da qapıda dayandınız. Hər müəllim ayda bir dəfə qapıçı dayanır. Artıq bir il olar ki, məktəbin qapıçısı yoxdur. Direktor qapıçı götürmək əvəzinə müəllimləri işlədir. Müəllimlər bir neçə dəfə etirazlarını da bildirib, ancaq direktor deyir, mən qanunla iş görürəm. Deyir, növbətçilik edirsiniz, qapıçılıq yox. Ancaq müəllimlər növbətçilikdən başqa həm də qapıda dayanır. Məktəbin mühafizəsi yaşlı müəllimlərin ümidinə buraxılıb".

Müəllimlərin qapıçılıq etməsinə valideynlər də etiraz edir:

"Qapıçılıq edən müəlliməyə hansı şagird hörmət edər? Məktəbdə elə müəllimə yoxdur ki, qapıçı dayanmasın. Valideynlər məktəbə gələndə hər dəfə bir müəllimi qapıda görür. Müəllimlərlə lağ edən valideynlər də var ki, deyir, siz qapıçısınız, ya müəllim?"

Direktor Fazil Məmmədov isə Axar.az-a açıqlamasında deyilənləri təkzib etdi. Direktor bildirdi ki, müəllimlər hər mərtəbə üzrə növbətçilik edirlər. Onların qapıçılıq etməsi ilə bağlı deyilənlər isə yalandır:

"Növbətçi olmaq - qapıçı olmaq deyil. Növbətçi müəllimlər mərtəbələr üzrə şagirdlərə, dərs vaxtı baş verənlərə nəzarət edir. Hər müəllim iki ay ərzində bir dəfə növbətçi olur. Müəllimlərin heç biri qapıçı dayana bilməz. Bu bizim məktəbdə mümkün deyil".

Direktorun sözlərinə görə, hazırda məktəbin qapıçısı yoxdur:

"Ümumiyyətlə, qapıçı ştatı deyilən bir şey yoxdur. Əgər belə bir ştat yoxdursa, mən ora necə qapıçı qoya bilərəm? Məktəbin təmizlik işləri ilə məşğul olan xadimələr var. Aşağı mərtəbədə təmizlik işlərini iki xadimə növbəli şəkildə görür. Bununla bərabər, həm də qapıya nəzarət edirlər. Bunu qapıçı ştatı olmadığı üçün edirik".

Tarix
2014.11.11 / 15:11
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla