Yuxarı

Nazirlikdən Gəncədə taksi və marşrutlara cəza

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat Nazirliyinin yerli strukturları Gəncədə reyd təşkil edib.

Kəpəz.TV xəbər verir ki, ictimai nəqliyyat vasitələri və taksilərə qarşı keçirilən reyddə cərimə olunan və xəbərdarlıq edilən sürücülər olub. Bəzi nəqliyyat vasitələri isə xətdən kənarlaşdırılıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə şöbəsi və 1 saylı Regional Nəqliyyat MMC növbəti birgə reydini keçirib. Xidmətin əməkdaşları şəhər daxilində sərnişindaşıma ilə məşğul olan ortatutumlu avtobusların fəaliyyətinin qanunvericilik və tələblərə uyğunluğunu yoxlayıb.

Bəzi sürücülərə zəruri göstərişlər verilib. Bundan başqa 12 avtobusun sürücüsünə cərimə protokolları tərtib olunub, 5 nəqliyyat vasitəsi isə xətdən çıxarılıb. Taksi sürücülərinə qarşı keçirilən reyd isə çətin baş tutub. Qanunsuz taksi fəaliyyəti ilə məşğul olanların çoxu hadisə yerindən qaçmağa çalışıb.

10-dan artıq taksi sürücüsünə protokol tərtib olunub. Bəzilərinə isə gün ərzində fərqlənmə nişanı almaq üçün vaxt verilib. Bir çox sürücünün sənədlərinin qaydasında olmasını isə müntəzəm keçirilən reydlərin nəticəsi kimi qiymətləndirmək olar.

Tarix
2014.11.11 / 23:31
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla