Yuxarı

Müxalifət özünü Rəsulzadənin önündə dəfn etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 19-da Milli Şura və digər partiyaların “Məhsul” stadionunda keçirdiyi mitinqdən sonra müxalifət cameəsində ciddi eyforiya yarandı. Səbəb mitinqə 2800 nəfərin gəlməsi və illər sonra stadionun bir qədər dolu görünməsi idi. 2800 nəfərlik aksiya Azərbaycan əhalisinin sayına və ölkədə potensial seçici sayına nisbətdə qum zərrəsi qədər görünsə də, müxalifət üçün bu, böyük rəqəm idi.

2017-ci ilin 8 aprel mitinqi – iştirakçı sayı 800-100 nəfər; 2017-ci ilin 23 sentyabr mitinqi – iştirakçı sayı 600-700 nəfər; 2017-ci ilin 28 oktyabr mitinqi – iştirakçı sayı 1000 nəfər; 2018-ci ilin 10 mart mitinqi – iştirakçı sayı 1500 nəfər; 2018-ci ilin 31 mart mitinqi – iştirakçı sayı 1200 nəfər; 2018-ci ilin 14 aprel mitinqi – iştirakçı sayı 1000 nəfər;

Bu, son iki il ərzində keçirilən mitinqlərdə iştirakçı sayının statistikasıdır və ən pik hədd ötən ilin 10 martında – 1500 – qeydə alınıb. Sonrakı mitinqlərdə iştirakçılar azalan templə davam edir. Yalnız 19 yanvar mitinqində 2800 nəfər iştirak etdiyi üçün müxalifətin “çiçəyi çırtladı”. Bu mitinqdən bir gün sonra - 20 yanvarda Şəhidlər xiyabanını ziyarət edən Milli Şura arxasında “on minlərlə” insanın gəldiyini, lakin buna icazə verilmədiyini iddia etdi. Bu, “2800 nəfərlik” eyforiyanın nəticəsində yaramış iddia idi.

Ən maraqlısı isə müxalifətin Prezident İlham Əliyevin sosial siyasətini öz adına çıxması qədər gülməli iddia irəli sürməsi oldu.

Son günlər Prezident İlham Əliyevin şəhid ailələrinə birdəfəlik müavinətin verilməsi ilə bağlı sərəncamı, dövlət başçısının şəhid ailələri ilə görüşü, o cümlədən, bütün şəhid ailələrinin evlə təmin edilməsi istiqamətində tapşırıqların verilməsi, bununla yanaşı, struktur islahatları nəticəsində fəaliyyətinə xitam verilmiş orqanların əməkdaşlarının işlə təmin olunması barədə Prezidentin və Birinci vitse-prezidentin tapşırıqları gündəmin əsas hadisələri oldu. Azərbaycan dövləti hər zaman olduğu kimi yenə də vətəndaşının yanındadır. Lakin müxalifət iddia edirdi ki, onlar “çoxminlik möhtəşəm mitinq” keçirdikləri üçün hakimiyyət bu addımları atıb.

Bu iddialar üzərində “baş sındırmaq” vaxt itkisi olsa da, Müsavat, AXCP və digər partiyaların Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarətə getməsi və ortaya çıxan mənzərə onların öz iddialarının özləri tərəfindən alt-üst edilməsi ilə nəticələndi.

Ziyarət mərasimini işıqlandıran jurnalistlərin müşahidələrinə əsasən ortaya çıxan rəqəmlər belədir:

- AXCP sədri Əli Kərimli və Milli Şura rəhbərliyinin arxasınca gələnlər - 100 nəfərdən bir qədər çox;

- Müsavat Partiyasının tərəfdarları – 100 nəfərdən bir qədər çox;

- AXP sədri Pənah Hüseynin tərəfdarları – 3 nəfər;

- Digər partiya sədrləri – 1 nəfər, o da özləri;

Ümumi statistika müxalifətin Rəsulzadəni ziyarətə 200 nəfərdən bir qədər çox tərəfdarı ilə qatıldığını təsdiqləyir. Hərçənd, son 10 gündə sosial şəbəkələrdə Rəsulzadənin abidəsi önündə “möhtəşəm aksiya” keçirəcəklərini bəyan edirdilər.

Məsələyə Əli Kərimlinin məntiqindən yanaşsaq, onun “on minlik” aksiyasına polis mane olmuşdusa, bəs Rəsulzadənin ziyarətində niyə on minlərlə tərəfdar iştirak etmədi? Bu fakt “hakimiyyət 19 yanvar mitinqinə görə islahatlara getdi” iddiasının absurdluğunu bir daha ortaya çıxardı. Halbuki, dövlətin öz vətəndaşının yaxşı yaşaması üçün çalışması, xüsusilə şəhid ailələri üçün etdikləri siyasi mövqeyindən asılı olmayaraq, hər kəs tərəfindən dəstəklənməlidir.

Burada Rəsulzadənin “Firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı, Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır” sözləri yada düşür. Bu gün Rəsulzadə adını monopoliyaya alaraq, onun kölgəsi altında müxalifətçilik oyunu oynayanlar görəsən, bu sözlərdən bir şey anlayırlarmı?!

Asif Nərimanlı

Tarix
2019.01.31 / 20:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla