Yuxarı

Azərbaycanda güclü zəlzələlər: xəsarət, dağıntılar var - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:52

Bu gün Lerik rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a verilən məlumata görə, yeraltı təkan yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə qeydə alınıb.

Zəlzələ episentrdə 4 bala yaxın, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Qeyd edək ki, Report zəlzələnin Yardımlı və Masallıda da hiss edildiyini yazıb.

***

Bir neçə dəqiqə öncə Qobustan və Biləsuvar rayonunda da zəlzələ baş verib.

Yerli sakinlərin Axar.az-a verdiyi məlumata görə, zəlzələnin gücünün təxminən 4-5 bal arasında olduğu ehtimal edilir.

Bəzi məlumatlara görə, zəlzələ Azərbaycanın bir neçə rayonunu əhatə edib.

Hələlik, rəsmi açıqlama yoxdur.

***

Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

***

Azərbaycanda 4,5 və 5,1 bal gücündə zəlzələ baş verib.

Axar.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 19:20-də (yerli vaxtla saat 23:20) qeydə alınmış 4,5 bal gücündə yeraltı təkanların episentri Bakıdan 150 kilometr şimal-qərbdə, Qəbələdən 66 kilometr şimal-şərqdə və Qubadan 15 kilometr cənubda qeydə alınıb. Zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib.

"UTC" vaxtı ilə saat 19:31-də (yerli vaxtla saat 23:31) qeydə alınmış 5,1 bal gücündə yeraltı təkanların episentri Bakıdan 122 kilometr şimal-qərbdə, Şamaxıdan 41 kilometr şimalda və Altıağacdan 25 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

***

ABŞ Geoloji Xidməti də Azərbaycanda güclü zəlzələ barədə məlumat yayıb.

Axar.az RİA-ya istinadla xəbər verir ki, zəlzələnin episentrinin İsmayıllının Basqal kəndindən 26 km şimal-şərqdə, 10 km dərinlikdə olduğu qeyd edilib.

ABŞ Geoloji Xidməti də zəlzələnin 5,1 bal olduğunu qeydə alıb. Azərbaycan Seysmoloji Xidmət Mərkəzinin zəlzələnin 6 bal olduğu barədə məlumatı da xəbərə əlavə edilib.

Yeraltı təkanlar Bakıda da hiss edilib.

***

5 Fevral 2019-ci il tarixində, 23:31 radələrində Bakı şəhərinin bəzi ərazilərində yeraltı təkanlar qeydə alınıb.

ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov Axar.az-a bildirib ki, paytaxtın müxtəlif istiqamətlərində titrəyişlər hiss edilib.

"Bununla bağlı mütəxəssislərimiz tərəfindən AMEA ilə birgə araşdırma aparılıb və ilkin məlumata görə, episentri Pirqulu ərazisindən 11 km Cənub-Qərbdə olan yeraltı təkanlar İsmayıllı rayonunda və ətraf ərazilərdə daha çox hiss edilib. Dağıntılar haqqında məlumat daxil olmayıb", - deyə o bildirib.

***

İsmayıllı şəhər sakini Məhəmməd Osmanov Axar.az-a bildirib ki, zəlzələ rayon mərkəzində ciddi hiss olunub:

"Amma hər hansı panika olduğunu müşahidə etmədik. Həyət evlərində yaşadığımız üçün zəlzələ vaxtı küçəyə qaçmağa ehtiyac yoxdur".

M.Osmanov bildirib ki, hələlik, hər hansı dağıntı barədə məlumat da yayılmayıb:

"Zəlzələ daha ciddi şəkildə Sulut kəndində (Basqal kəndinin yaxınlığında yerləşir - red.) hiss edilib. Ancaq orda da hər hansı dağıntı haqda eşitməmişik. Zəlzələ gecə baş verdiyi üçün xəbərləşmək də çətindir. Hər halda hər şey sabah bilinəcək".

***

Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub.

Report-un Şirvan bürosunun məlumatına görə, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib (Foto əlavə edilir).

***

Zəlzələ əsasən Şamaxı şəhərində və ətraf kəndlərdə hiss olunub.

Şamaxı şəhər sakinlərinin Axar.az-a verdiyi məlumata görə, bir çox evdə çatlar yaranıb.

Mədrəsə, Çağan, Dədəgünəş, Əngəxaran, Kürdəmic kəndlərində köhnə tikililərdə dağıntılar var.

***

5 Fevral 2019-cu il tarixində İsmayıllı rayonu ərazisində yerli vaxtla saat 23:20 və 23:32 də iki yeraltı təkan (zəlzələ) baş verib.

ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərovun Axar.az-a verdiyi məlumata görə, zəlzələnin maqnitudası 5.1, dərinliyi 10 km olub.

"İlkin araşdırmalara görə, onun episentri Basqal kəndindən 5 km şimal-qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib.

Bölgələrlə aparılmış operativ sorğunun nəticələrinə görə, zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib. 1-ci təkan qısamüddətli, 2-ci təkan isə nisbətən uzunmüddətli hiss edilib. İlkin məlumata görə, torpaq sürüşməsi ilə bağlı məlumatlar qeydə alınmayıb. Hazırda dəqiqləşdirmələr aparılır", - deyə o bildirib.

Tarix
2019.02.06 / 02:18
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla