Yuxarı

Azərbaycan Beynəlxalq Bankı AST Telmanın hotelinə əl qoydu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş adamı Telman İsmayılovun 100 milyon dolları üstələyən borc qarşılığında daşınmaz əmlakı "Manqazeya" qrupuna verməklə bağlı razılaşma pozula bilər. Ümumi dəyərləri 50 milyon dollar olaraq qiymətləndirilən Nikitski bulvarındakı uzun müddətdir tikilməkdə olan və Moskva şəhərinin qərbində yerləşən mehmanxana böyük ehtimalla artıq Azərbaycan Beynəlxalq Bankının (ABB) mülkiyyətinə keçib.

Ans press-in məlumatına görə, "Manqazeya" qrupunun nümayəndələri "Kommersant" qəzetinə bildiriblər ki, həqiqətən Nikita bulvarı 6/20 ünvanda yerləşən mehmanxana Azərbaycana aid olan Beynəlxalq Bankın nəzarətini keçib. Halbuki məhkəmə yolu ilə İsmayılova aid strukturlardan borcun geri alınmasına çalışılır.

Daha əvvəl tərəflər mübahisəli əmlakın Telman İsmayılovun borclarının bağlanması mümkünlüyünü müzakirə edirdilər. Lakin "Manqazeya"nın nümayəndələri ilə söhbətdən bəlli olub ki, İsmaylova aid edilən 90 nömrəli otel ABB-nin aktivindədir. Bu da İsmailovun borcların yerinə aktivlərin verilməsini kölgə altına qoyur.

"Manqazeya" başçısı qızıl emalı biznesi, qaz emalı, maliyyə və inkişaf şirkətləri ilə məşğul olan Sergey Yançukov Telman İsmayılovla 2010-cu ildə tanış olub. 2010-2011-ci illərdə İsmailovun "Tandum" şirkəti 100 milyon dollar dəyərində illik 10 faizlə "Manqazeya"nın törəməsi sayılan "Sezariya Ltd" ilə iki kredit müqaviləsi imzalayır. AST strukturları 2013-cü ilin sentyabrınadək pulu qaytarmalı idi, lakin, bu, baş vermir.

Belə olan təqdirdə "Sezariya" 2014-cü ilin yayında İsmayılovun ümumi məbləği 135 milyon dollar dəyərində aktivlərinin dondurulması hökmünü verən Nikosiya yerli məhkəməsinə müraciət edir. Aktivlər arasında nəinki "Manqazeya" iddia etdiyi əmlaklar, eləcə də Türkiyədə olan lyuks otel kompleksi "Mardan Palace", 3-cü idman dairəsində olan "Safisa" şadlıq sarayı, Qaribaldi küçəsində yerləşən "Marina" ticarət mərkəzləri də var. Məsləhətçilər daha əvvəl bu aktivlərin ümumi qiymətini 1,6 milyard dollar qiymətində dəyərləndirirdilər.

Qeyd edək ki, 2008-ci ilə kimi Telman İsmayılov ən nüfuzlu Moskva biznesmenlərindən olub. Onun AST qrupu qalmaqalla sökülən "Çerkizov" bazarını, "Voentor" binasını, Yeni Arbatda yerləşən "Praqa" restoranını və Moskva ətrafı 3 min hektara yaxın ərazini nəzarətində saxlayırdı. Lakin 2008-ci ildə hüquq-mühafizə orqanları "Çerkizov" bazarında 2 milyard dollar qiymətində qaçaqmal qeydə alır. Ticarət sahəsini bağlayırlar, İsmailov özü isə Türkiyəyə yerləşir.

"Forbes" hazırda onun sərvətini 0,75 milyard dollar dəyərində qiymətləndirir.

Tarix
2014.11.14 / 10:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla