Yuxarı

Avropadan qovulan "diaspor sədri" ilə bağlı - Gizli video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropadan qovulan "diaspor sədri" ilə bağlı - Gizli video

Almaniyadan qovulması haqda xəbər yayılan Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Rəşad Quliyevin dələduzluğunu sübuta yetirən video redaksiyamıza təqdim olunub.

Axar.az xəbər verir ki, R.Quliyevin aldatdığı zərərçəkənlər – sinif yoldaşı Baba Güləhmədov və onun qayınanası, Cəlilabad rayon Göytəpə kənd sakini Şahsənəm Əşrəf qızı Ağayeva, Oğuz rayon sakini İntiqam Əliyev onun buradakı evinə - anası Dünyaxanım Məhərrəmovanın yaşadığı mənzilə gedərək, sözügedən şəxsin onlardan Almaniyada məskunlaşmaq adı ilə pul aldığını, aldatdığını və pullarını mənimsədiyini bildirirlər.

Bundan sonra Rəşadın anası oğlu ilə əlaqə yaradır və zərərçəkənlərin evə gəldiyini deyir. Rəşad isə həmin şəxsləri hüquq-mühafizə orqanları ilə təhdid edərək, dərhal evi tərk etmələrini istəyir.

Saat yarımlıq videoda (Həcmini nəzərə alaraq, kiçik hissəsini təqdim edirik - red.) İntiqam Əliyev ondan aldadılaraq alınan 13550 dollar pulun D.Məhərrəmovanın bank hesabına yatırıldığını bildirir və pulunu geri tələb edir.

Ş.Ağayeva da ondan alınan 4 min manat pulu istəyir. Ona “viza alınmasına 1.500 manat sərf olunub” dedikdə isə qadın heç olmasa, 2500 manatın geri qaytarılmasını tələb edir.

Qeyd edək ki, ötən gün Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Rəşad Quliyev Almaniyadan deport edildiyi haqda məlumat yayılıb. Almaniyadakı soydaşlarımız bildiriblər ki, R.Quliyevin Azərbaycan vətəndaşı olan şikayətçi İntiqam Əliyev və digərlərinin Almaniya XİN və Almaniya Miqrasiya İdarəsinə müraciətindən sonra deport edilməsinə qərar verilib.

Xatırladaq ki, Oğuz rayon sakini İntiqam Əliyev 2017-ci ilin yanvar ayında redaksiyamıza müraciət edərək, Rəşad Quliyevin onu aldatdığını və 12 min avro (13550 dollar) məbləğində vəsaitini mənimsədiyini bildirib.

R.Quliyev həmçinin öz sinif yoldaşı, Bakı şəhər sakini Baba Asəf oğlu Güləhmədovu da aldadaraq, 4 min manat vəsaitini ələ keçirib.

Tarix
2019.02.08 / 14:48
Müəllif
Axar.az
Oxunub
6 391
Digər xəbərlər

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi

Vensin Bakı səfəri Kremlə xəbərdarlıqdır

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla