Yuxarı

Prezident maaşları artırdı - 2 sərəncam

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident maaşları artırdı - 2 sərəncam

17:54

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. Minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın;

2.2. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2460) 1-ci hissəsi ləğv edilsin.

***

Prezident İlham Əliyev İsmayıllı rayonunun Muğanlı–İsmayıllı (30 km)–Təzəkənd–Ağbulaq–Qoşakənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı (30 km)–Təzəkənd–Ağbulaq–Qoşakənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon (üç milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Tarix
2019.02.08 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla