Yuxarı

Azercell Akademiyası il ərzində 231 təlim təşkil edib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlət və özəl sektor üçün tədris və konsaltinq xidmətləri təşkil edən Azercell Akademiyası ötən il aktiv fəaliyyəti ilə seçilib. 2018-ci il ərzində Akademiya tərəfindən müxtəlif dövlət və özəl qurumlar üçün 231 təlim sessiyası təşkil olunub. Təlim alan təşkilatlar sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin tabeli qurumları olan Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Baktelecom, Aztelekom, AzIntelecom, eləcə də Avand Technology, Azeronline, ELCOM kimi şirkətlərin, ASAN Xidmət-in Çağrı mərkəzinin əməkdaşları, həmçinin “Üçüncü Bahar” təşəbbüs qrupunun üzvləri var idi.

Axar.az xəbər verir ki, “Azercell” daxilində 2003-cü ildən fəaliyyətə başlayan Azercell Akademiyasının tədris paketinə zəngin təcrübəyə malik 30 mütəxəssis tərəfindən tədris olunan 32 müxtəlif təlim proqramı daxildir. Azercell Akademiyasının fəaliyyətinin ilk dövrlərində yalnız “Azercell” şirkətinin əməkdaşları üçün daxili təlimlər keçirilirdi. Lakin sonradan bu cür təlimlərə yerli bazarda da tələbat yarandığından, Azercell Akademiyası fəaliyyət dairəsini genişləndirdi. İlk dövrlərdə "Azercell"in əməkdaşlıq etdiyi, sonradan bazardakı digər şirkətlər, hətta dövlət təşkilatları üçün də belə təlimlər təşkil edilməyə başladı.

Azercell Akademiyasının təlimləri işçilərin inkişafında əvəzsiz rol oynayır. Gənclər, eləcə də tələbələr üçün “Karyera Brendini Yarat’ təlimində CV yazılışı, müsahibəyə hazırlıq və digər mövzularda zəruri biliklər tədris olunur. Bundan əlavə, şirkətlərin gənc əməkdaşlarına “Təqdimat Bacarıqları”, “Danışıqlar Aparmaq Vərdişləri” və digər aktual mövzular üzrə təlimlər keçirilir. Şirkətlər üçün “Müştəri Xidmətlərinin İdarə Edilməsi” üzrə təlimdə adı çəkilən funksiyanın rəhbərlərinə işə qəbul, seçim prosesi və tədris, iş proseslərinin qurulması və ölçülməsi kimi məqamlar çatdırılır. Akademiya tərəfindən ölkənin müxtəlif təşkilatları üçün üzbəüz və telefonda Müştəri xidmətləri , əməyin təhlükəsizliyi, layihələrin idarə edilməsi, eləcə də stresin idarə edilməsi sahəsində tədris kursları da keçirilir.

Təlimlərin məqsədi şirkətlərin inkişafına dəstək vermək, müştərilərə daha yüksək keyfiyyətli xidmət göstərmək, gənc mütəxəssislərin müştəri xidmətləri sahəsində peşəkar biliklərini artırmaq və əldə edilən bacarıqların təcrübədə effektiv tətbiqini təmin etməkdən ibarətdir.

Azercell şirkəti təlim prosesinə davamlı yatırımlar etməklə insan kapitalına böyük sərmayə qoyur. Məhz bunun nəticəsi olaraq, ötən il “Azercell Telekom” MMC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatını qazandı. Azercell ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.02.09 / 15:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla