Yuxarı

Gəncədə bir neçə evdən oğurluq edən şəxs saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Vidadi İsmixanov yanvar ayının 24-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 700 manat dəyərində qızıl-zinət əşyaları və 350 manat dəyərində 1 ədəd kompüteri oğurlayıb. Daha sonra o, yanvarın 27-də başqa bir evə daxil olaraq 4050 manat nağd pul və ümumi dəyəri 480 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

V.İsmixanov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2019.02.09 / 16:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla