Yuxarı

Bu uğur Əliyev-Putin iradəsinin nümunəsidir - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Rusiya əlaqələri çox uğurla inkişaf edir, çox yüksək səviyyədədir. Əlbəttə, bu uğurların təməlində ölkə rəhbərlərinin siyasi iradəsi dayanır.

Axar.az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev Hacıqabul Sənaye Məhəlləsində Azərmaş ASC şirkətinin Rusiya Federasiyasının “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlinin qoyulması mərasimində çıxışı zamanı deyib.

“Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Həm siyasi, həm enerji, həm də nəqliyyat, sənaye, sərmayə və ticarət əlaqələri genişlənir. Ötən il ticarət dövriyyəsində 20 faizədək artım olub. Bu gün biz Azərbaycan-Rusiya əməkdaşlığının yeni bir nümunəsi ilə tanış olduq. Hacıqabul Sənaye Məhəlləsində açılan zavod Rusiya texnologiyalarına əsaslanacaq”, - nazir bildirib.

Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin zavodun açılışının əlamətdar hadisə olduğunu deyib:

“Bu uğur prezidentlərin danışıqlarının reallaşmasını göstərir. Keçən ilin sentyabrında strateji əməkdaşlığın inkişafı üzrə işlər planı imzalanmışdı. Biz görürük ki, bu razılaşmalar addım-addım həyata keçirilir və hazırda zavodun tikintisinə başlanılıb. Bu layihələr həm Azərbaycan, həm də Rusiyaya üçün gəlirlidir”.

Tarix
2019.02.09 / 15:12
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla