Yuxarı

Şamaxı zəlzələsini onlar öncədən hiss ediblər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda baş verən zəlzələni balıqlar öncədən hiss edib.

Xəzər Xəbər-in məlumatına görə, zəlzələni hazırda öncədən müəyyən edən heç bir qurğu yoxdur. Ancaq heyvanlar istisnadır. Çünki zəlzələdən öncə heyvanların böyük təşviş keçirmələri Azərbaycanda fevralın 5-6-da baş verən yeraltı təkanlar zamanı da müşahidə edilib.

Zəlzələdən bir gün öncə Samur-Abşeron kanalında balıqlar suyun üzünə çıxaraq o tərəf-bu tərəfə var-gəl etmələri ilə diqqət çəkiblər. Hətta mütəxəssislər həmin vaxt bunun səbəbini izah etməkdə bir qədər çətinlik çəkmişdilər.

Ancaq bu hadisədən cəmi 1 gün sonra Şamaxı-İsmayıllı bölgəsində 6 baldan yuxarı zəlzələ oldu. Hətta yeraltı təkanlar Bakıda da hiss olundu.

Ekspert Telman Zeynalov bildirir ki, heyvanların zəlzələni hiss etməsi bütün elmi ədəbiyyatlarda təsdiqlənən bir gerçəkdir. Onun fikrincə, heyvanlar hansısa təhlükə hiss edəndə ondan qaçmağa tələsirlər. Və həmin an insanlara zərər vermə ehtimalları da yüksək olur.

Qeyd edək ki, zəlzələ baş verən zaman Xızı rayonunun Altıağac qəsəbəsində 58 yaşında bir nəfər dəvənin hücumuna məruz qalıb və heyvanın zərbələri nəticəsində ölüb.

Heyvanlar zəlzələ və vulkan kimi hadisələri öncədən hiss edə bilsələr də, zəlzələnin neçə bal gücündə olacağı və nə zaman baş verəcəyini dəqiq müəyyənləşdirmək mümkün deyil. Ancaq heyvanların adət olunmayan hərəkətlərə yol verdiyi aşkarlanarsa, bu, təhlükənin uzaqda olmadığını göstərir.

Tarix
2019.02.10 / 22:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi...

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla