Yuxarı

Sumqayıt qatarının hərəkətində problem yarandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb.

Report xəbər verir ki, bu gün səhər saat 08:00-da Sumqayıt Dəmiryolu Stansiyasından çıxmalı olan qatarda texniki nasazlıq yaranıb.

Texniki nasazlıq səbəbindən bu qatarın hərəkət etməyəcəyi barədə sərnişinlərə məlumat verilib.

08:48-də sərnişinlər başqa qatarla Bakıda yola salınıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova faktı təsdiqləyib.S.Qədirova bildirib ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən saat 08:00-da Sumqayıt sərnişin stansiyasından yola düşməli olan 6008 №-li elektrik qatarı texniki nasazlıq səbəbindən yola düşməyib. Onun sözlərinə görə, hazırda nasazlığın səbəbləri araşdırılır.

"Marştut üzrə işləyən digər qatarlar hərəkət cədvəlinə uyğun olaraq yola salınıb. Bilet alan sərnişinlərin hamısı növbəti qatarla yola salınıb" - deyə S.Qədirova vurğulayıb.

Tarix
2019.02.11 / 09:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla