Yuxarı

Bakıda məşhur biznesmen qəza törətdi: ölən var - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün saat 22 radələrində Xətai rayonunun Zığ yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Ağdam rayon sakini Müşfiq Əliyev vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Axar.az-a verilən məlumata görə, Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi “Mersedes-Benz GLS” markalı, 99 VS 999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Publika.az-ın mlumatına görə, qəzanı törədən S.Vəliyev 2015-ci ildə vəfat edən məşhur biznesmen Məsud Vəliyevin oğludur. "Laçın" Ticarət Mərkəzinin sahibi olan və "Laçınlı Məsud" kimi tanınan iş adam vəfat edəndən sonra onun biznesinə oğlu rəhbərlik edir. O, MVF, Laçın Ticarət Mərkəzi və Sunay Ticarət Mərkəzi MMC-lərinə nəzarət edir.

Tarix
2019.02.11 / 10:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla