Yuxarı

Şikayət: Bakının yaxınlığında işıq “şam kimi” yanır – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayon Nübar qəsəbə sakinləri gündüz vaxtı işığı şamla axtarırlar. Qəsəbəyə verilən elektrikin gücü sakinlərin məişət texnikasını işlətməsinə belə gücü çatmır.

Bu şikayətlə Axar.az-a müraciət edən sözügedən qəsəbə sakini Emin Məmmədov bildirib ki, problemləri ilə əlaqədar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də heç bir əncam çəkilmir. Şikayətçi bildirib ki, qəsəbədə ailəsi üçün sənədli ev inşa edib. Bunda sonra evinə ayrıca işıq xətti çəkdirib. Bir müddət hər şey öz qaydasında getsə də, sonradan problemlər başlayıb.

Səbəb isə onun öz evinə çəkdirdiyi xətdən işıq idarəsinin əməkdaşlarının icazəsiz istifadə edərək başqa evlərə işıq çəkməsidir:

“Öz torpağımda ev inşa edəndən sonra ayrıca kanalizasiya, su, işıq, qaz xətti çəkdirmişəm. Evimin hər bir sənədi var. Bütün kommunal xətləri də idarələrin öz əməkdaşları çəkib. Sayğac da quraşdırıblar. Ancaq uzun müddətdir ki, mən öz çəkdirdiyim işıq xəttindən istifadə edə bilmirəm. Gün ərzində evdə işıq şam kimi yanır. Soyuducu, televizor işlətmək mümkün deyil. İşığım 120 voltdur. Bununla nə işlətmək olar? Stabilizatorsuz heç nə işlədə bilmirəm. Dəfələrlə televizor, soyuducu sıradan çıxıb. Bu qəsəbədə hamının vəziyyəti budur.

İşıq idarəsinin əməkdaşları mənim xəttimdən istifadə edib digər evlərə işıq xətti çəkir. Səbəbini soruşanda da deyirlər burada qanunsuz heç bir şey yoxdur. Mən etiraz etmirəm, hamının balası var, çəksinlər. Ancaq heç olmasa normal işıq versinlər evlərə”.

Şikayətçi bildirib ki, neçə ildir qəsəbəyə transformator qoyulacağı deyilsə də, heç bir iş aparılmır.

Məsələ ilə bağlı açıqlama verən “Azərişıq”ın mətbuat katibi Tanrıverdi Mustafayev bildirib ki, bu cür hallar hamısı elektrik enerjisindən istifadə qaydalarına əsasən tənzimlənir. Elektrik enerjisindən özbaşına istifadə qeyri-qanunidir:

“Qaydalara əsasən vətəndaşlar ASAN Xidmətə müraciət etməlidir. ASAN Xidmətdən texniki şərt almalı və həmin texniki şərtlərə əməl edərək xətt çəkilməlidir. Özbaşına çəkilən xətlərə təminat verilmir. Vətəndaş bununla bağlı aidiyyəti quruma müraciət edərək məsələnin araşdırılmasını tələb etsin”.

T.Mustafayev bildirib ki, hətta xətt idarə əməkdaşları tərəfindən texniki şərt olmadan çəkilibsə belə qanunsuz hesab olunur:

“Əgər vətəndaşlar ASAN Xidmətə sənədlərini təqdim edərək oradan texniki şərt alıblarsa və bu texniki şərtə əsasən idarə əməkdaşları işıq xətti çəkibsə, bu qanunidir”.

Tarix
2019.02.11 / 15:12
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla