Yuxarı

Anladım ki, dostlarımdan üstünəm – Səfər Mehdiyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ali təhsil almaq o dövrdə hər bir azərbaycanlı gəncin arzusu idi.

Axar.az xəbər verir ki, bu sözləri “Anadolu” agentliyinə müsahibəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev deyib.

Tələbəlik xatirələri və Türkiyədə aldığı təhsilin həyatına verdiyi töhfələrdən danışan Mehdiyev mərhum prezident Heydər Əliyevin vasitəsilə Naxçıvan Muxtar Respublikası üçün ayrılan kvotadan yararlanaraq Türkiyədə təhsil şansı əldə etdiyini bildirib. General Sovet İttifaqının son illərindəki dağılmış təhsil sisteminin əksinə Türkiyədə tam şəffaf bir təhsil sistemi ilə qarşılaşdıqlarını qeyd edib.

Tətildə vətənə qayıdanda liseydəki sinif yoldaşlarımla görüşdüm. O zaman dünya görüşü və bilik baxımından dostlarımdan üstün vəziyyətdə olduğumun fərqinə vardım. Bunu sadəcə bir illik Türkiyə təhsili sayəsində əldə etdim”, - Mehdiyev bildirib.

Dövlət Gömrük Komitəsinin sədri uğura nail ola bilmək üçün düzgün təhsilin vacib olduğunu vurğulayıb:

“Türkiyə vətənpərvər kimi yetişməyimizdə böyük rol oynadı. Türkiyədə aldığım təhsil həyatımda irəliləyişə nail olmağıma kömək oldu, bugünkü vəzifəyə yüksəlməyimdə, karyeramda mənə qapı açdı. Həyata baxış bucağım dəyişdi”.

Mehdiyev bəzi məktəb yoldaşları və müəllimləri ilə hələ də əlaqələrinin olduğunu, bəzən görüşdükləri və “keçmişin çətin, eyni zamanda da gözəl” xatirələrini” yenidən xatırladıqlarını sözlərinə əlavə edib.

Qeyd edək ki, Türkiyə 1992-ci ildə Orta Asiya Türk Cümhuriyyətləri ilə birlikdə Böyük Tələbə Layihəsini həyata keçirib. Layihə çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan 2 min tələbə Türkiyədə müxtəlif universitetlərə yerləşdirilərək dövlət hesabına təqaüdlə təhsil alıblar.

Tarix
2019.02.11 / 16:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla