Yuxarı

Bakının mərkəzində silahlı şəxs saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail Rayon Polis İdarəsi 9-cu polis bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, təkrar törədildikdə) 177.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 228.1-ci( qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə məhkum olunmuş paytaxt sakini Zaur Stumbin özünü şübhəli apardığı üçün polislər tərəfindən saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı “Naqan” markalı silah və həmin silaha məxsus 9 ədəd 7.62 kalibrli patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 9-cu polis bölməsində Z.Stumbin barəsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.

Tarix
2019.02.11 / 17:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla