Yuxarı

Zəlzələdən ziyan çəkən evlərlə bağlı - Müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 5-də gecə saatlarında baş vermiş zəlzələ ilə bağlı Ağsu Rayon Fövqəladə Hallar Komissiyasına müraciətlər daxil olmaqdadır.

Axar.az xəbər verir ki, bu barədə komissiyadan məlumat verilib.

Məlumatda bildirilir ki, bu günə qədər komissiyaya 485 müraciət daxil olub:

"Daxil olan müraciətlərə əsasən 350 evə baxış keçirilib. Həmin evlərdən 91-i şəhərdə, 259-u isə kəndlərdədir. Zəlzələ nəticəsində 47 ev daha çox ziyan çəkib ki, həmin evlərin 44-ü sürüşmə zonasında yerləşən ərazilərdədir. Bu evlərin bəziləri sürüşmə zonasında olduğundan həmin evlərdə çatlar əmələ gəlib. Hazırda komissiya araşdırmaları davam etdirir".

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində də zəlzələ qeydə alınıb.

Tarix
2019.02.12 / 00:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla