Yuxarı

Özəl sektorda işləyən 150 min nəfərin maaşı artırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişikliklər edərək minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Bu prosesə qeyd olunan elektron sistemi vasitəsilə ciddi nəzarət ediləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, martın 1-dən minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək:

"Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olacaq".

S.Möhbalıyev qeyd edib ki, minimum əməkhaqqının 180 manat müəyyən edilməsi nəinki az maaş alan insanlara, eləcə də vahid cədvəl üzrə işləyən 450 min nəfərə də şamil ediləcək:

"Orta hesabla onların əməkhaqqısı 30 faiz artacaq. Özəl sektorda olanlar üçün də zəncirvari müsbət effekt özünü göstərəcək. Bu səbəbdən həmin sektor üzrə maaş artımının əhatə edəcəyi şəxslərin sayı üzrə ilkin rəqəm kimi 150 min olsa da, bu göstəricinin daha yüksək olacağı gözlənilir".

Hazırda ölkə üzrə 150 minədək işçi 180 manatdan az əməkhaqqı alanlardır. Sərəncama əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda da əsas iş yeri və tam iş günü üzrə işləyənlərin əməkhaqlarının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz.

Tarix
2019.02.12 / 10:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla