Yuxarı

ADU-da tələbələr Çinin ali təhsil sistemi barədə məlumatlandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çinin ali təhsili” mövzusunda seminar keçirilib.

ADU-dan Axar.az-a bildirilib ki, seminarı Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov açaraq Azərbaycanda Çin dilinin tədrisinin perspektivlərindən danışıb, Çinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənclərin, eləcə də respublikamızın ali məktəblərində təhsil alan çinli tələbələrin sayının artdığını, iki ölkə tərəfindən təqaüdlərin verildiyini diqqətə çatdırıb. O, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişafının və Prezident İlham Əliyevin Çinə səfəri zamanı imzalanan “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyətini vurğulayıb. R.Abbasov, həmçinin deyib ki, bu gün ADU-nun tələbələri Çinin aparıcı universitetlərində təhsil almaqla yanaşı, mütəmadi olaraq ölkəmizin tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatına həsr olunmuş tədbirlər təşkil edir və Azərbaycanın İpək Yolu üzərində müasir, inkişaf edən, tolerant ölkə kimi müasir həyatı haqqında həqiqətləri Çin xalqına çatdırırlar.

ADU-nun Konfutsi İnstitutunun könüllüsü, Uxan Universitetinin məzunu Ayan Kərimova Çinin ali təhsil sistemi və məşhur təhsil müəssisələrinə qəbul edildikdən sonra xaricilər üçün tələblər, xüsusilə çinlilərin standartlaşdırılmış ixtisas imtahanı sertifikatının qazanılması barədə məlumat verib. A.Kərimova, həmçinin xarici tələbələr üçün təşkil olunmuş təqaüd və qrantların növləri, o cümlədən Çin hökumətinin qrantları və bu ölkənin seçilmiş universitetlərinin təqaüdləri haqqında danışıb. O, Çin universitetlərində oxuyan hər bir xarici tələbəyə Çin dili kurslarında da təhsilin vacib olduğunu qeyd edərək, özünün çinli uşaqlar üçün ingilis dili müəllimi kimi təcrübə keçdiyini vurğulayıb.

Seminarın sonunda ADU-nun Konfutsi İnstitutunun çinlilərin standartlaşdırılmış ixtisas imtahanını uğurla keçmiş tələbələrinə sertifikatlar verilib.

Tarix
2019.02.12 / 15:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla