Yuxarı

Məşhur biznesmenin öldürdüyü şəxs barədə - Yeni fakt

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Xətai rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, paytaxt sakini Vəliyev Sunay Məsud oğlunun idarə etdiyi “Mersedes GLS” markalı, 99 VS 999 dövlət qeydiyyat nişanlı avtomobillə Zığ yolunda hərəkətdə olarkən vurub öldürdüyü Ağdam rayon sakini, 1969-cu il təvəlüldlü Əliyev Müşfiq Sərdar oğlu Qarabağ əlili imiş.

Belə ki, Müşfiq Əliyev 1969-cu ildə Ağdamda doğulub. Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin batalyonunda erməni işğalçılarına qarşı döyüşüb və yaralanıb. 2-ci qrup Qarabağ əlili kimi qeydiyyatda olub. O, hadisə zamanı ağır xəsarət alıb və xəstəxanaya aparılarkən keçinib.

Qeyd edək ki, qəzanı törədən S.Vəliyev 2015-ci ildə vəfat edən məşhur biznesmen Məsud Vəliyevin oğludur. "Laçın" Ticarət Mərkəzinin sahibi olan və "Laçınlı Məsud" kimi tanınan iş adam vəfat edəndən sonra onun biznesinə oğlu rəhbərlik edir. Onlar MVF, “Laçın Ticarət Mərkəzi” və Sunay Ticarət Mərkəzi MMC-lərinə nəzarət edir.

S.Vəliyev qəzadan sonra zərərçəkəni hadisə yerində qoyaraq, hadisı yerindən qaçıb. Hazırda o, hüquq-mühafizə orqanları tərəfindən tutularaq, istintaqa cəlb edilib.

Tarix
2019.02.12 / 18:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla