Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Fevral 2019


Dünya Bankından Azərbaycanla bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişaf əhalinin gəlirlərinin, o cümlədən həssas qruplara yönələn sosial ödənişlərin artırılması istiqamətində ardıcıl şəkildə mühüm addımların atılması ilə müşahidə olunur. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Dünya Bankının Azərbaycanda rifah və rifahın paylanması ilə əlaqədar təhlil üzrə missiyası ilə görüşdə vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin uğurlarını diqqətə çatdıran M.Kərimli respublikada iqtisadi artımla bərabər, rifah səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən məqsədyönlü dövlət proqramları nəticəsində ölkədə yoxsulluq və işsizliyin kəskin şəkildə azaldığını vurğulayıb. O, ölkədə etibarlı sosial müdafiə sisteminin qurulduğunu, yeni iş yerlərinin yaradılmasının daimi xarakter aldığını, sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçildiyini deyib.

Əhalinin gəlirlərinin və rifahının artırılmasının Azərbaycan dövlətinin əsas məqsədlərindən olduğunu deyən nazir müavini bu istiqamətdə atılan mühüm addımların davam etdiyini diqqətə çatdırıb. Nazir müavini buna misal olaraq, Prezident İlham Əliyevin bu il sosial sahə ilə bağlı bir sıra fərman və sərəncamlar imzaladığını qeyd edib. O bildirib ki, bu sənədlər birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə, həssas qruplar üçün dövlət büdcəsi hesabına mənzil tikintisinin güclənməsinə, şəhid ailələrinə ödənilən Prezident təqaüdlərinin, 1,3 milyon nəfəri əhatə edən pensiyaçıların 94 faizinin pensiyasının, 600 mindən çox işçinin əmək haqqının artımına imkan verib. M.Kərimli aztəminatlı ailələrin dövlətin sosial yardım proqramı ilə əhatə olunduqlarını, bununla bərabər həmin kateqoriyadan olan ailələrin kiçik biznesə çıxışına imkan verən özünüməşğulluq proqramının əhatə dairəsinin 6,5 dəfə genişləndiyini, son bir ildə həmin proqrama 7,3 minədək ailənin cəlb edildiyini deyib.

Dünya Bankı ilə ötən dövrdə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edən nazir müavini Azərbaycanda rifah və rifahın paylanması ilə bağlı təhlil üzrə missiyanın iqtisadi və sosial rifahın monitorinqi sahəsində fəaliyyətinin əhəmiyyətini qeyd edib. O, aparılan araşdırmanın nəticələrinin müvafiq siyasi və praktik iş müstəvisində nəzərə alınacağını söyləyib.

Missiyanın üzvləri ölkəmizdə aparılan siyasətdə rifah amilinin ön planda saxlanmasının, sosial ödənişlərin artırılmasının, ümumən əhali gəlirlərinin artımına yönələn tədbirlərin təqdirəlayiq olduğunu bildiriblər.

Görüşdə missiyanın Azərbaycanda rifah və rifahın paylanması ilə əlaqədar araşdırmalarının nəticələri müzakirə olunub, yoxsulluğun qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsinə, ölkəmizdə sosial sahədə aparılan islahatlara dair fikir mübadiləsi aparılıb.

Tarix
2019.02.12 / 18:56
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakıya qar yağır - Video

Prezident müşavirini işdən qovdu - İlginc səbəb

Erməni baş redaktor Zeynalova ilə dostluğundan danışdı

Azərbaycanda dəmir yolu ilə nə qədər sərnişin daşınıb?

Nazir bu instituta yeni direktor təyin etdi - Foto

Nazir: Bulanıq suda balıq tutmaq zamanı bitdi - Video

Azərbaycan iqtisadiyyatının böyümə tempi açıqlandı

"Buta Eirveys"in təyyarəsində nasazlıq yarandı

Bakıda 14 liftdən oğurluq edən şəxs saxlanıldı

Əbrunun adından dələduzluq edənə hökm oxundu

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla