Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Fevral 2019


Gürcüstan Azərbaycan ceyranlarını belə qoruyur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda Azərbaycanla sərhəd yaxınlığında yerləşən Kaxeti bölgəsinin Samux vadisində fevralın 13-dən etibarən köçəri quşların ovlanmasına qadağa qoyulacaq.

Report-un verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ovçuların atəş açmaları ceyranları qorxudur, onlar vadidən meşələrə qaçır, orada isə nadir heyvanların canavarlar tərəfindən məhv edilməsi ilə bağlı böyük ehtimal var.

2013-cü ildən başlayaraq Ümumdünya Təbiəti Mühafizə Fondunun təşəbbüsü ilə Qafqazda Azərbaycan və Gürcüstanın müfaviq qurumlarının iştirakı ilə ceyranların populyasiyasının bərpası üzrə layihə həyata keçirilir.

Azərbaycandan Gürcüstana 70-dən çox ceyran gətirilib və onlar vəhşi təbiətə buraxılıb. 2018-ci ildə Gürcüstanda ceyranların artıq üçüncü nəsli dünyaya gəlib.

Qeyd edək ki, hazırda ceyranların ovlanması hər yerdə qadağan olunub. Ceyran nadir və itməkdə olan heyvan növü kimi Qırmızı Kitaba daxil edilib.

Tarix
2019.02.12 / 19:39
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakıya qar yağır - Video

Prezident müşavirini işdən qovdu - İlginc səbəb

Erməni baş redaktor Zeynalova ilə dostluğundan danışdı

Azərbaycanda dəmir yolu ilə nə qədər sərnişin daşınıb?

Nazir bu instituta yeni direktor təyin etdi - Foto

Nazir: Bulanıq suda balıq tutmaq zamanı bitdi - Video

Azərbaycan iqtisadiyyatının böyümə tempi açıqlandı

"Buta Eirveys"in təyyarəsində nasazlıq yarandı

Bakıda 14 liftdən oğurluq edən şəxs saxlanıldı

Əbrunun adından dələduzluq edənə hökm oxundu

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla