Yuxarı

Millət vəkilindən çağırış: Pis bələdiyyələrdən də yazın

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bələdiyyələrin büdcə gəlirlərinə müsbət təsir göstərən mexanizm və qaydaların yaradılması vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ni dəstəkləyən millət vəkili bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinin tərəfdarı olduğunu bildirib:

“İllik məruzədə qeyd edilir ki, mədən vergi ödəyicilərinin, mehmanxana, sanatoriya, kurort və turizm xidmətləri göstərən şəxslərin uçotdan yayınmasına yol verilir. Bu isə bələdiyyə orqanlarının maliyyələşməsinə ciddi təsir göstərir. Yerli özünüidarəetmə orqanlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə bu sahəyə diqqət yetirilməlidir. Sənəddə vurğulandığı kimi, qanunla nəzarət mexanizminin yaradılması, bu ödənişin müəyyən edilməsi və hesablanması qaydasının təkmilləşməsinə ciddi ehtiyac var. Hesab edirəm ki, bələdiyyələrin büdcə gəlirlərinə müsbət təsir göstərən mexanizm və qaydaların yaradılması vacibdir. Məruzədən də göründüyü kimi, bələdiyyələrdə təşəbbüskarlıq və peşəkar kadrlar məsələsi kimi ciddi problemlər var”.

Millət vəkili qeyd edib ki, bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə onlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları verilib:

“Lakin məruzədən görürük ki, bu müddət ərzində bələdiyyələr yalnız 50-yə yaxın kommersiya qurumu yarada bilib, onların da əksəriyyəti fəaliyyət göstərmir, bəzilərindən isə bələdiyyələrin büdcəsinə mənfəət daxil olmur. Bəziləri bu fəaliyyətdən yararlansa da, nəticə etibarilə bələdiyyələrin büdcəsində özünü göstərmir. Ona görə Ədliyyə Nazirliyinin keçirdiyi treninqlərdə bələdiyyə sədrləri və üzvləri daha çox bu istiqamətdə məlumatlandırılmalıdırlar. Dövlətimizin bələdiyyələr üçün yaratdığı imkanlardan istifadə etmələrinə ehtiyac var. Məruzədə qeyd edilir ki, bələdiyyələr bir sıra sosial-iqtisadi problemlərin həllində iştirak edirlər, lakin bu barədə ictimaiyyətə geniş şəkildə məlumatlar verilmir. Bütün KİV və jurnalistləri yaxşı və pis fəaliyyət göstərən bələdiyyələrin fəaliyyətini işıqlandırmağa çağırırıq. Lakin bu məsələdə bələdiyyələrin özləri də fəal olmalıdır. Bələdiyyələrin öz saytları fəal olmalıdır, bələdiyyələrin Milli Assosiasiyasının fəallıq göstərərək dövlət büdcəsindən maliyyələşən telekanallarda öz fəaliyyətləri ilə bağlı həftədə bir verilişin keçirilməsinə nail olması mümkündür”.

Q.Paşayeva vurğulayıb ki, bələdiyyələr sosial şəbəkələrdə çox zəifdirlər və bu da onların işlərinin cəmiyyətə çatdırılmasına öz təsirini göstərir:

“Qardaş Türkiyədə hər bir bələdiyyənin və bələdiyyə sədrinin, sosial şəbəkələrdə, məsələn, Feysbuk, Tviterdə səhifələri var. Bunun üçün hər hansı əlavə vəsait lazım deyil, ancaq bələdiyyələr üçün cəmiyyətə lazımı məlumatların ötürülməsində önəmli platformadır. Ona görə də bizim bələdiyyələr sosial şəbəkələrdə fəallıqlarını artırmalıdırlar”.

Millət vəkili həmçinin qəbiristanlıqların saxlanması, istifadəsi ilə bağlı səlahiyyətlərin bələdiyyələrə verilməsi barədə qanuna dəyişikliklərin 2017-ci ilin sonunda edilməsinə baxmayaraq, hələ də bu istiqamətdə məsələlərin tam başa çatmadğını deyib.

O, işlərin sürətlənməsinin vacib olduğunu qeyd edib.

Tovuzda seçiciləri və şəhid ailələri ilə görüşdən qayıtdığını deyən millət vəkili çıxışında onların prezidentə təşəkkürlərini çatdırıb və qeyd edib ki, şəhid ailələrini hər zaman Ali Baş Komandanın arxasında olduqlarını bildiriblər.

Tarix
2019.02.12 / 21:32
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla