Yuxarı

Prezident hərbi texnika ilə tanış oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş "N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Axar.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Prezident, Ali Baş Komandan İlham Əliyev burada silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub.

Yaylım atəşli reaktiv sistem SMERÇ kompleksi reaktiv mərmilər atmaqla nüvə hücum vasitələrinin, cəmləşmə rayonlarında, marşda və döyüş düzülüşündə tank, motoatıcı, artilleriya və raket bölmələrinə, enmə meydançalarında helikopter bölmələrinə, mövqelərdə raket və hava hücumundan müdafiə bölmələrinə, idarəetmə məntəqələrinə tələfat vermək üçün təyin olunub.

122 millimetrlik yaylım atəşli reaktiv sistem BM-21 cəmləşmə rayonlarında düşmənin canlı qüvvəsini və döyüş texnikasını, atəş mövqeyində artilleriya və minaatan batareyalarını məhv etmək və susdurmaq, düşmənin istehkam, dayaq məntəqəsi və müqavimət mərkəzlərini dağıtmaq üçün təyin edilib.

220 millimetrlik TOS-1A ağır odatan sistemi T-90 tankının şassisi üzərində quraşdırılan reaktiv qurğudur. O, idarə olunmayan reaktiv mərmilərin daşınması, saxlanması, hədəfə tuşlanması və düşmənin tağım dayaq məntəqəsi tipli ərazi hədəflərini, həmlə edən bölük, artilleriya və minaatan batareyalarının atəş mövqelərini, marşda olan avtomobil kalonlarının məhv edilməsi üçün təyin olunub.

152 millimetrlik 2A36 topu düşmənin taktiki raket vasitələrini, uzaqvuran artilleriya bölmələrini məhv etmək və susdurmaq, düşmənin canlı qüvvəsini, atəş vasitələrini, marş zamanı döyüş texnikalarını, cəmləşmə rayonlarını, müdafiə məntəqələrini məhv etmək və susdurmaq, düşmənin arxa cəbhəsini və idarəetmə məntəqələrini tələfata uğratmaq üçün təyin edilib.

130 millimetrlik M46 topu düşmənin artilleriyasını, minaatanlarını, cəmləşmə rayonlarında yerləşən texnikasını və canlı qüvvəsini, arxa xidmət məntəqələrini və ordunun idarəetmə bölmələrini məhv etmək, səhra və uzunmüddətli müdafiə qurğularını dağıtmaq üçün təyin olunub.

120 millimetrlik "Nizə” minaatanı düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin etmək üçün nəzərdə tutulub. Bu kompleks lazertuşlayıcı və avtomatik idarəetmə sistemi ilə yüksək dəqiqliklə qısa zamanda hədəfləri məhv etməyə qadirdir. "Nizə” döyüş maşını yolsuzluq şəraitində yüksək manevr imkanlarına malik olub, heyətin qorunmasını və təhlükəsizliyini təmin edir.

Tankəleyhinə idarə olunan raket kompleksi "Xrizantema-S” sutkanın istənilən vaxtında, hava şəraitindən asılı olmayaraq hərəkət edən və etməyən yerüstü və hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Tank əleyhinə raket kompleksi "SPİKE-LR” düşmənin 200 metrdən 4 min metrədək məsafədə hərəkət edən və hərəkətsiz tank və zirehli texnikalarını, canlı qüvvələrini məhv etmək üçün təyin olunub. Kompleks yüngül çöl müdafiə qurğularına, binalara, alçaqdan uçan helikopterlərə də dəqiq atəş açmaq imkanı yaradır. Həmçinin kompleksdən kəşfiyyat xarakterli əməliyyatlarda da istifadə etmək mümkündür.

"SPİKE-ER” qurğusu isə döyüş maşını üzərində quraşdırılan, müxtəlif relyef şəraitinə uyğunlaşan, 400 metrdən 8 min metrədək, gündüz, gecə və məhdud görmə şəraitlərində düşmən tanklarını, PDM, zirehli texnikalarını, aşağı yüksəklikdə uçan hava hədəflərini məhv etmək üçün raket buraxıcı sistemdir.

"Orbiter-2B” pilotsuz uçuş aparatı döyüş əməliyyatlarında tətbiq etmək, hava kəşfiyyatını aparmaq, eləcə də istənilən şəraitdə hədəfgöstərmə və artilleriya atəşinə xidmət etmək üçün təyin olunub. Universal radiolokasiya kompleksi düşmənin atəş açan taktiki raketlərinin, reaktiv qurğularının, haubitsaları və minaatanlarının kəşfiyyatını aparmağa və öz artilleriya bölmələrimizin atışına xidmət etmək üçün təyin edilib.

"R-010SC” komanda-qərargah maşını əməliyyat idarəetmə səviyyələrində tətbiq olunmaqla, hərəkətdə və dayanacaqda qərargah zabitlərinin idarəetməsini təmin etmək üçün nəzərdə tutulub. "R-010SC” radioidarəetmə məntəqəsi isə analoq və rəqəmsal açıq, məxfi, sinxron tezlik dəyişən, həmçinin bütün növ məlumatların kompüter vasitəsilə ötürülməsi və qəbulu üçün nəzərdə tutulub.

Tarix
2019.02.14 / 01:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla