Yuxarı

Azərbaycanın Mandelası Elçibəydir – Sorğu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandela 95 yaşında dünyasını dəyişib. Mandela bütün dünyada azadlıq mücahidi kimi tanınır. 5 illik hakimiyyəti dövründə Afrika tarixinə düşən ən yaxşı prezidentdir.

Biz də tanınmış ictimai xadimlər, yazarlar, jurnalistlər və siravi vətəndaşlarla sorğu keçirib, Türk dünyasının, çevrəni bir az da daraltsaq, Azərbaycanın Nelson Mandelası kimi hansı ictimai xadimi gördükləri ilə maraqlandıq.

Yalnız Nazim Hikmət

"Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu məsələyə fərqli rakursdan yanaşır: "Bizim həbsxanalar siyasətçilər yox, adətən mollalar yetişdirir. Oraya düşənlərin əksəriyyəti ruhdan düşmüş, dinə sığınmış kimi azadlığa çıxırlar. Kim həbsə düşürsə, çıxanda molla kimi çıxır. Məncə, Mandelaya uyğun yalnız Nazim Hikmətdir. Bu dəqiqə yadıma və ağlıma gələn odur".

Ona tay yoxdur

Şair Mətləb Ağa, jurnalist Anar Əhmədov və kulturoloq Aydın Xan Əbilov Azərbaycanda, ümumiyyətlə Türk dünyasında N.Mandelaya bərabər adam tanımadıqlarını bildirdilər.

Bir az Məmməd Əmin

Köşə yazarı, özünü "liberal-millətçi-sosial-demokrat-bozqurd" adlandıran Zamin Hacı bildirdi ki, Türk dünyasında deyə bilmərəm, bizdə də yoxdur. O cür uzun müddətə mübarizəyə kimsə dözmür. Bir az Məmməd Əmin Rəsulzadə bənzəyir.

Cənublu yazarımız Sayman Aruz da M. Ə. Rəsulzadəni Azərbaycanın Mandelası hesab etdiyini bildirərək, vurğuladı ki, sadəcə, biz qədirbilən xalq deyilik deyə, onu o səviyyəyə qaldırmırıq.

Güneyli xanım yazarımız Rüqəyyə Kəbiri isə hesab edir ki, Mandelanın tayı yoxdur.

Tanınmış aparıcı Ramal Hüseynov düşünür ki, Türk dünyasının Mandelası M.K.Atatürkdür. Hətta Atatürkü Mandeladan da üstün tutur.

Elçibəy

Sual verilən zaman yazar Mirmehdi Ağaoğlunun özünün dediyinə görə, ağlına Mandelaya bərabər adam olaraq Ə. Elçibəydən başqa heç kim gəlmədi.

Yazar Cəlil Cavanşirin də Mandelası Elçibəydir.

Şair Faiq Balabəyli də Elçibəyi Azərbaycanın Mandelası hesab edir.

Gənc türkçü Tural Həmidov da Ə. Elçibəyçilər arasındadır.

Ölkə onu tanısa və fikirlərini bilsə...

"REAL" hərəkatının icra katibi Natiq Cəfərli isə bildirdi ki, Azərbaycanın Mandelasını hələ ölkə tanımır:

"Maraqlı sualdır, amma Elçibəy deyil məncə, Azərbaycanın "Mandelası"nı hələ ki, ölkə tam tanımır və o, cəmi hələ ki, 10 aydır zindandadır... Azərbaycanın Mandelası İlqar Məmmədovdur. Ölkə onu tanısa və fikirlərini bilsə..."

Atatürk, Elçibəy və Heydər Əliyev

Bloqçu Etibar Salmanlı "Mənim düşüncəmə görə, Türk dünyasının heç bir qəhrəmanını Mandela ilə müqayisə edə bilmərik. Tarixən Türk xalqlarından bir çox, sərkərdə, döyüşçü inqilabçı yetişdirsə də, ancaq onların heç biri Nelson Mandela tipli şəxsiyyət olmayıb.

Türk xalqlarının bir çox sərkərdəsi, siyasətçisi yalnız yeni torpaqlar, şəhərlər uğrunda mübarizə aparıblar. Mandela isə ideoloji mübarizə aparıb, illərlə həbsxanalarda yaşayıb. Bizim və bizə yaxın tarixdə, düşünürəm ki, o tip şəxsiyyət olmayıb. Bir az Türk dünyasında Mandela ilə adını bir sırada çəkə biləcəyimiz Mustafa Kamal Atatürk var. Öz ölkəmizdə isə Elçibəy və Heydər Əliyev ona oxşar işlər görməyə çalışıblar. Ən azından çalışıblar".

Nəriman Nərimanov sayıla bilərdi

Tanınmış jurnalist, solçu Məmməd Suleymanova görə, Azərbaycanın Mandelası Nəriman Nərimanovdur:

"Əgər Türk dünyasını izolə halında bir anlayış kimi götürmək olarsa, Mandelanın mübarizliyini və əvvəlki siyasi-ideoloji görüşlərini də əsas götürəriksə, bu cür şəxsiyyət Nazim Hikmət ola bilərdi. Ancaq nəzərə alın ki, Nazim Hikmət millətçilikdən uzaq, beynəlmiləlçi olub və onun üçün ayrıca "Türk dünyası" anlayışı olmayıb... Azərbaycanda isə bu cür şəxsiyyət Nəriman Nərimanov sayıla bilərdi".

Tarix
2013.12.06 / 16:06
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla