Yuxarı

AzTV "Xəbərlər"in yeni studiyasını istifadəyə verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Xəbərlər” studiyası televiziyanın bu gün tamam olan 63-cü ildönümü münasibəti ilə yenidən tam yeni standartlarla istifadəyə verilib.

Report-un verdiyi məlumata görə, AzTV-nin yeni rəhbərliyi tərəfindən yenidən qurularaq istifadəyə verilən yeni studiya tam müasir standartlara cavab verir.

Studiyada AzTV-nin “Xəbərlər” proqramı ilə yanaşı QSC-yə daxil olan “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarının da xəbər proqramları yayımlanır.

Xatırladaq ki, dövlət televizyasının ilk efir günü 1956-ci ilin fevralın 14-də olub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R. Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara başlanıb. Maliyyə sistemi şəffaflaşdırılıb, iri həcmli kadr islahatı həyata keçirilib, televizyanın efir proqramlarında köklü yeniliklərə start verilib. Islahatlar davam etdirilir.

Tarix
2019.02.14 / 18:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla