Yuxarı

HHQ-nin hərbi hissəsində təntənəli mərasim - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi Hava Qüvvələrinin “N” nömrəli hərbi hissəsinin 27-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Polkovnik Elşad Pənahov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun adından şəxsi heyəti əlamətdar gün münasibəti ilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb.

Polkovnik Elşad Pənahov təntənəli mərasimdə çıxışında dövlət rəhbərliyinin Azərbaycan Ordusuna, o cümlədən HHQ-nə göstərilən diqqət və qayğısı sayəsində şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, aviabazaların maddi-texniki təminatının gücləndirilməsi, uçuş və texniki heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Daha sonra çıxış edənlər ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən islahatları qeyd edərək hərbi pilotlarımızın torpaqlarımız uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrini xatırlayıblar.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.

Tarix
2019.02.14 / 20:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla