Yuxarı

Şad xəbər: Pensiyaların artımla ödənişinə başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək pensiyalarının ötən il üzrə orta aylıq nominal əmək haqqına uyğun indeksasiyası ilə bağlı ciddi iş aparılır. Çünki prosedur kifayət qədər vaxt tutumludur.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial müdafiə naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib.

O bildirib ki, 1 mln. 300 min insanın hər birinin şəxsi vərəqəsində bu rəqəmlər işlənməlidir: "Onların böyük qismində bu rəqəmlər elektron şəkildə izlənilir. Amma bəzi spesifik sahələrdə (bunlar hərbi qulluçulara və digrlərinə aiddir) məxfiliyi nəzərə alaraq, burada kağız üzərində iş gedir. Bu proses artıq yekunlaşıb. Qrafikdə ilk mərhələdə Naxçıvan və Bakıdır. İki gün öncədən başlayaraq Naxçıvanda pensiyalar artımla verilib. Bakı üzrə ödənişlərə artıq başlanılıb və proses iki gün davam edəcək. Bundan sonra digər rayonlara da ödənişlər həyata keçiriləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 7 fevral sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi həyata keçirilir. Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşılıb ki, 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq yanvar ayının 1-ə bütün növ əmək pensiyalarının sığorta hissəsi artırılıb.

Bu gün səhər saatlarında nazirlikdən verilən açıqlamada da pensiyaların iki gün ərzində ödənilməsinin təmin ediləcəyi bildirilmişdi.

Tarix
2019.02.14 / 20:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla