Yuxarı

Sürücü olmayan tələbəyə 5 protokol yazan DYP… - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələlik demək olmaz ki, tələbəyə göndərilən protokolda səhvlik var, ya yox. Araşdırma yekunlaşdıqdan sonra hər şey məlum olacaq.

Bu sözləri Axar.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev Binəqədi Rayon Polis İdarəsi DYP şöbəsinin sürücülük vəsiqəsi belə olmayan, hazırda Bakıda tələbə həyatı yaşayan Zərdab rayonunun İsaqbağı kənd sakini Nurəddin Bəhlul oğlu Eminov barəsində “avtobus sürücüsü” kimi protokol tərtib etməsi və 5 müxtəlif cərimə yazmasına münasibət bildirərkən deyib.

R.Quliyev bildirib ki, hazırda sözügedən məsələ araşdırılır:

“Sözügedən məsələ ilə bağlı araşdırma aparılır və qısa müddət ərzində məsələyə hüquqi qiymət veriləcək. Araşdırmanın nəticəsi bəlli olduqdan sonra mediaya əlavə məlumat yayılacaq”.

Məsələni şərh edən nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, belə məqamlarda adətən texniki səhv baş verir:

“Burada hansısa texniki səhv baş verib. Vətəndaşın ad və soyadı eynilik təşkil etdiyindən cərimələr ona göndərilib. İstənilən halda vətəndaş rəsmi qaydada DYP-yə müraciət etsə, bu cərimələr silinəcək”.

E.Muradlı əlavə edib ki, belə hallar olur və edilən müraciətlər əsasında dərhal yanlışlıq aradan qaldırılır:

“Bu məktubu göndərən DYP əməkdaşları bir az diqqətli olsa, daha yaxşı olar. Məktublar çap olunandan sonra məlumatları dəqiqləşdirmək lazımdır ki, sonradan belə problemlər yaranmasın”.

Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsinin DYP şöbəsi sürücü olmayan tələbəyə Zərdab rayonunun İsaqbağı kənd sakini Nurəddin Bəhlul oğlu Eminova cərimə yazıb. Tələbənin qeydiyyatda olduğu evə onun sərnişin avtobusu ilə yol hərəkəti qaydalarını pozması ilə bağlı DYP şöbəsindən 5 ədəd məktub daxil olub.

Tarix
2019.02.15 / 10:54
Müəllif
Nigar, Büllurə
Şərhlər
Digər xəbərlər

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla