Yuxarı

Deputat gəncləri yalançı təbliğatçılara qarşı mübarizəyə səslədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Bakı Anadolu Türk Liseyində gənclərlə görüş keçirib.

Axar.az xəbər verir ki, millət vəkili görüşdə Azərbaycanın inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə danışıb.

Deputat gəncləri sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı ciddi mübarizəyə səsləyib.

Q.Paşayeva bildirib ki, hər bir insanın gələcəyində onun təhsili önəmli rol oynayır: “Hansı peşənin sahibi olmasından asılı olmayaraq, hər bir insan öz ölkəsinin və millətinin tarixini dərindən bilməlidir”.

Millət vəkili görüşdə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, vandalizm aktları, eyni zamanda, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumat verib.

Millət vəkili gəncləri türk dünyası məsələləri ilə bağlı fəal olmağa və xarici dillərlə xüsusi maraqlanmağa zaman ayırmağa çağırıb.

Kitabı ən qiymətli hədiyyə adlandıran millət vəkili tədbirin sonunda gənclərə müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib.

Tarix
2019.02.15 / 11:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla