Yuxarı

Təqaüdlər nə qədər artdı? – Nazir açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:12

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən bütün təhsil pillələri və təhsil səviyyələrində nəzərdə tutulmuş təqaüdün məbləği əhəmiyyətli şəkildə artırılır.

Axar.az xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair mətbuat konfransında deyib. O, tələbələrin akademik göstəricilərindən və s. asılı olaraq 14-25 faizlik bir dəyişimdən söhbət getdiyini bildirib:

“Orta hesabla, təxminən 20 faizlik bir artım olacaq. Bu deyilən artım ümumilikdə 110 mindən artıq tələbəni əhatə edir. Yeni sərəncama əsasən, təqaüd alan tələbələrin sayı 16 min artırılacaq. Bu, hazırda ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı ilə müqayisədə 30 faiz artım deməkdir. Bu artım növbəti ayın 1-dən etibarən tətbiq olunacaq.

2019-2020-ci illərdə təqaüd alan tələbələrin sayı 45 faizdən az olmamalıdır. 2020-2021-ci illərdə isə təqaüd alan tələbələrin sayı 50 faizdən az olmayacaq.

Yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələr deyil, o cümlədən ödənişli əsaslarla oxuyan tələbələr də akademik göstəricilərinə görə uyğun olaraq təqaüd almaq imkanı əldə edəcək”.

Tarix
2019.02.15 / 13:15
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla