Yuxarı

Dərs yükü 1,5, maaş 2 dəfə artırılır – Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildən başlanmış əməkhaqqı islahatına uyğun olaraq, ilk növbədə müəllimlərin diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi və bunun nəticəsi olaraq növbəti mərhələdə dərs yükü normalarının 1.5 dəfə, əməkhaqqının isə iki dəfə artırılması islahatlarına başlanılıb.

Axar.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair mətbuat konfransında deyib. O, son dövrlər təhsil sahəsində aparılan islahatlardan danışıb:

“2018-ci il yanvarın 1-də bu islahat mərhələlərlə bütün ölkəni əhatə edərək 140 mindən artıq müəllimə şamil edilib.

Bu müddət ərzində Azərbaycanın müxtəlif bölgələrində, ucqar kəndlərdə fəaliyyətə başlayan gənc müəllimlərə tətbiq edilən əlavə güzəştlərin məbləğinin və həmin güzəştlərin tətbiq olunma müddətinin 3 ildən 5 ilə artırılması vahid ümumi islahatın tərkib hissəsi kimi qeyd olunmalıdır.

Cənab Prezident tərəfindən qəbul edilmiş 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 3500-dən artıq Azərbaycan gənci dünyanın aparıcı ali təhsil müəssisələrində ali təhsilin bütün pillələrində dövlət vəsaiti hesabına təhsil almaq imkanı əldə ediblər.

2018-ci ilin noyabr ayında həmin proqramın məntiqi davamı olaraq cənab Prezident tərəfindən qəbul edilmiş yeni Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının qəbul edilməsini xüsusi olaraq vurğulamalıyıq. Proqram özündə Azərbaycan universitetlərinin dünyanın aparıcı universitetləri ilə ikili diplom proqramlarının təsis edilməsi və Azərbaycanın gənc alimlərinin, tədqiqatçılarının dünyanın aparıcı universitetlərində doktorantura təhsilinin dövlət hesabına maliyyələşdirilməsi kimi iki mühüm istiqaməti əks etdirir”.

Tarix
2019.02.15 / 14:08
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Nazirdən ölkədən gedən sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla