Yuxarı

Bakıda 10 piyada keçidi inşa edilir - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sözügedən yolda həqiqətən də piyada keçidinə ehtiyac var. Ancaq piyada keçidinin salınması üçün vacib olan tələblər mövcuddur.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli metronun “Koroğlu” stansiyasından Ziya bünyadov prospektinə piyada keçidinin vacib olması barədə vətəndaşların müraciətinə cavab olaraq deyib. A.Nəcəfli qeyd edib ki, keçidin inşası üçün Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı olmalıdır:

“Yerüstü keçidin salınmasının normaları var. Yolda hərəkət intensivliyi, piyada sayı, yolun eni kimi məsələlər dəqiqləşdirilir. Yolun enli olması piyada keçidinin inşasını zəruri edən amillərdəndir. Bir yerdə keçidin inşası üçün Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı olmalıdır. Bu qərar olduqdan sonra tikinti işləri bizim quruma tapşırılır və biz də işi icra edirik.

Ehtiyac varsa, zərurət yaranıbsa və ya vətəndaş müraciəti daxil olubsa, biz həmin yollarda piyada keçidlərinin tikintisi ilə bağlı təkliflər hazırlayırıq. Ancaq bu, sadəcə təklifdir. Bu təklifin qəbul olunması Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarından asılıdır. Təklifi təkcə biz yox, Dövlət Yol Polisi də verə bilər, Bakı Nəqliyyat Agentliyi də. Həmçinin Komissiyanın üzvü olan qurumlar var ki, o qurumlar da belə bir təklif irəli sürə bilər. Ancaq birbaşa yol hərəkətinin təşkili və təhlükəsizliyi Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisinin səlahiyyətində olan məsələdir”.

A.Nəcəfli bildirib ki, AAYDA Bakı və Bakıətrafı yollarda yüzə yaxın yerüstü və yeraltı piyada keçidinin zərurəti ilə bağlı təklif verib:

“Təkliflərin qəbulunu gözləyirik. Son iki il ərzində bu təkliflərin qəbul edilməsi ilə 25-ə yaxın yerüstü və yeraltı piyada keçidi inşa olunub. Bu il də bu təkliflər əsasında 4 ərazidə piyada keçidinin inşasına başlanılıb. Onlardan biri “Şamaxı yolu” adlanan ərazidə, digərləri isə Heydər Əliyev prospektində, Mərdəkan-Zuğulba və Qala-Pirallahı yollarındadır. Hamısı yerüstü, bircə Heydər Əliyev prospektində yeraltı keçid olacaq.

Bundan başqa, daha 6 yerdə piyada keçidi nəzərdə tutulub. Maliyyə vəsaiti ayrıldıqca həmin ərazilərdə də işlər davam etdiriləcək. Bunlar Ceyranbatan qəsəbəsi, Hökməli dairəsi, Bakı-Ələt yolunun 39-ci kilometrliyi, Tiflis prospektində Həsən Əliyev küçəsi ilə kəsişmə, Neapol küçəsində Heydər Əliyev parkının yanı və Zığ şosesidir ki, həmin yerlərdə keçid inşasına başlanılacaq”.

Tarix
2019.02.15 / 14:49
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezident onu nazir müavini təyin etdi

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla