Yuxarı

Vəba təhlükəsi: Türkiyədən gətirilən bu məhsullarda...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədən və Almaniyadan Rusiyaya daxil olan meyvə və tərəvəzlərdə (portağal, Naringi, qreypfrut, armud, limon, xiyar, alma və s.) parazitlik edən “Apocephalus paraponerae” növünə aid olan çoxzəhərli qozbel milçəklər aşkar edilir. Belə xəbərdarlıqla Rusiyada kənd təsərrüfatı məhsullarına nəzarəti həyata keçirən “Rosselxoznadzor” çıxış edib.

Virtualaz.org xəbər verir ki, adı çəkilən həşərat həm insanlar, həm də heyvanlar üçün təhlükəlidir, belə ki, vəba xəstəliyini yayır. “Apocephalus paraponerae” növünə məxsus qozbel milçəklər və onların süfrələri meyvələrdə, tərəvəzdə, unda, pendirdə, balıqda və soyada aşkarlana bilər.

Bununla bağlı Dağıstan ərazisində müvafiq tədbirlərin həyata keçirildiyi bildirilir. Təsərrüfat subyektlərinin rəhbərləri ilə keçirilən görüşlərdə onlara sözügedən həşəratlar və onların törədə biləcəyi xəstəliklər barədə ətraflı məlumat verilir, məlumat vərəqələri paylanır.

Son günlərdə təhlükəli qozbel milçəklər barədə informasiyanın əksini tapdığı plakatlar və reklam lövhələri yaşayış məntəqələrinin inzibati binalarının, uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və bazarların yaxınlığında quraşdırılıb.

Mahaçqala şəhərindən Azərbaycanla sərhədə qədər olan yolun kənarlarında sakinləri “Apocephalus paraponerae” növünə məxsus qozbel milçəklərdən qorunmağın vacibliyi barədə məlumatlandıran bilbordlar vurulub.

Belə bir hal aşkarlanan zaman sakinlərdən “Rosselxoznadzor”un Dağıstan üzrə idarəsinə zəng etmələri xahiş edilir.

Qeyd edək ki, Azərbaycana da Türkiyədən hər il portağal və digər subtropik meyvələr, o cümlədən tərəvəz idxal olunur. Hazırda Bakı bazarlarında Türkiyə istehsalı olan meyvə-tərəvəzə hər addımda rast gəlinir. Eləcə də bu mallar Azərbaycan üzərindən Rusiyaya daşınır.

Tarix
2019.02.15 / 20:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla