Yuxarı

Bələdiyyələrin borcları bağışlansın - Ekspertdən təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi statistikaya görə, bugün Azərbaycan bələdiyyələrinin 80%-nin DSMF-yə borcu var. Təklif edirəm ki, bələdiyyələrin sosial sığorta ödənişləri üzrə borcları bağışlanılsın, borclar silinsin.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qalib Toğrul bələdiyyələrin vəziyyəti, onların borcları barədə qeyd edib. Ekspert bildirib ki, Azərbaycanda yerli özünüidarəetmə orqanlarının ən kəskin problemlərindən biri Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borclardır:

“İllərdir bələdiyyələr borcun neqativ təsirlərindən qorunmaq üçün bir neçə bankda hesab açmaqdan tutmuş dotasiyaların birbaşa Fonda yönəldilməsinə, məhkəmə çəkişmələrinin müxtəlif səbəblərdən uzadılmasına kimi bir çox müvəqqəti tədbrilərə əl atırlar. Ancaq bunlar məhz müvəqqəti tədbirlərdir. Borcların yaranmasında və şişməsində bələdiyyələrin də günahı çoxdur. Əksər bələdiyyə rəhbərliyi özündən əvvəlki rəhbərliyin verdiyi məsuliyyətsiz qərarları düzəltmək, yığılmış borcları ödəmək üçün (hətta imkanı olsa belə) real addımlar atmaqda həvəsli deyil.

Rəsmi statistikaya görə, bugün Azərbaycan bələdiyyələrinin 80%-nin DSMF-yə borcu var. Və rəsmi statistika təsdiq edir ki, bu borclar bir neçə yüz manatdan tutmuş bir neçə yüz min manata kimi geniş aralıqda dəyişir”.

Q.Toğrul bildirib ki, məcburi dövlət sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı funksiyaların Vergilər Nazirliyinə verilməsi bələdiyyələrin borc problemini aktuallaşdıra və onsuz da maliyyə təminatı zəif olan bələdiyyələri daha pis duruma sala bilər:

“Nəzərə alaq ki, borcların toplanması məsələsində Vergilər Nazirliyi DSMF-dən fərqli olaraq daha ciddi və israrlı tədbirlər görmək təcrübəsinə sahibdir.

Səalahiyyətlər Vergilər Nazirliyinə verilmişkən, təklif edirəm ki, bələdiyyələrin sosial sığorta ödənişləri üzrə borcları bağışlanılsın, silinsin və yeni nəzarətçi qurumla münasibətlər, obrazlı desək, ağ vərəqdə yeni sətirdən başlasın. Məncə, bir neçə milyon manat məbləğində qiymətləndirilən borcu bağışlamaq Azərbaycan dövləti üçün böyük maliyyə yükü yaratmaz və artıq subvensiya layihələrinin icrasına başlanılacaq 2019-cu ildə bələdiyyələrə böyük maliyyə dəstəyi olar”.

Tarix
2019.02.16 / 13:14
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla