Yuxarı

Bakıda dələduzluğa görə üç ildir axtarışda olan şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda üç ildir axtarışda olan şəxs tutulub.

DİN mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, paytaxtın bir neçə rayonu ərazisində işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən, 3 ildir ki, axtarışda olan şəxs Səbail rayon 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

9-cu Polis Bölməsi və DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı ildən Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarışda olan, Şəki şəhər sakini, 56 yaşlı Azər Zəkərəliyev Səbail rayonu ərazisində müəyyən edilərək saxlanılıb.

A.Zəkərəliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə müraciət edə bilərlər.

Tarix
2019.02.16 / 13:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla