Yuxarı

“Neolit” Bakıdakı çeçen əsilli məşqçini dilə gətirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən “Neolit” restoranında azərbaycanlılarla çeçenlər arasında yaranmış qalmaqala Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da reaksiya verib.

Axar.az xəbər verir ki, F.Umudov Moskvada baş verən hadisəni təxribat adlandırıb.

“Son günlər Rusiyada bəzi qüvvələrin təxribatı nəticəsində həmvətənlərimizlə dost çeçen xalqının nümayəndələri arasında xoşagəlməz hallar baş verib və bu, xeyli narahatlıq doğurur. Yüzilliklər boyu dost və qardaş münasibətində olan xalqlar arasında bu cür hallar qətiyyən yolverilməzdir. Bu gün ölkəmizdə çeçen xalqının xeyli sayda nümayəndəsi yaşayır, sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi milliyyətcə çeçen olan Zəlimxan Hüseynovdur. Mütəmadi olaraq Çeçenstan idmançıları ilə birgə təlim-məşq toplanışlarında iştirak etmişik və aramızda heç zaman fikir ayrılığı olmayıb. Hətta qarışıq döyüş növləri üzrə dünyaca məşhur çeçen idmançılar Mairbek Taysumov və Yusuf Raisov da bizimlə təlim-məşq toplantısında bir araya gəlib və səmimi qəbul üçün təşəkkür ediblər. Azərbaycan həmişə çeçen xalqına öz kömək əlini uzadıb, yardımını əsirgəməyib”, - F.Umudov deyib.

Sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi, çeçen əsilli Zəlimxan Hüseynov da insanları belə təxribatlara uymamağa çağırıb:

“Hörmətli qardaşlar, bu cür təxribatlara uymayın. Çünki bu hərəkətlər islamın bütün normalarına ziddir. Mən Azərbaycanda sərbəst güləş üzrə millinin böyük məşqçisiyəm. Hər kəsi bir-birinə hörmət, səbir və qarşılıqlı anlaşma göstərməyə çağırıram”.

Tarix
2019.02.17 / 13:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla