Yuxarı

Azərbaycan və Belarus müdafiə nazirləri görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri çərçivəsində Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

İDEX-2019 Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun arsenalını gücləndirə biləcək silah və texnika ilə yaxından maraqlanıb.

Sərgi zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə görüşüb.

Tərəflər hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini, müasir hərbi texnologiyaların tətbiqi imkanlarını və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Tarix
2019.02.18 / 10:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla