Yuxarı

Tələbələr ayda 600 manat təqaüd ala bilər - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün təhsilimizdə standart, prezident təqaüdü, xüsusi təqaüd və adlı təqaüdlər sistemi mövcuddur.

Axar.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat paylaşıb. O, standart təqaüdlərdən əlavə, müxtəlif universitetlərdə verilən digər təqüd proqramları vasitəsilə tələbinin aylıq gəlirini artırmasının mümkün olduğunu bildirib:

“Standart təqaüd bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 51-100 bal olan tələbələr üçün 75 manat, 71-100 bal olan tələbələr üçün 110 manat, 91-100 bal olan tələbələr üçün isə 130 manat təşkil edir. Bundan əlavə, Prezident təqaüdü 210 manat, SABAH təqaüdü 50 manat, “Gələcəyin müəllimi” təqaüdü 100 manat, Kənd təsərrüfatı tələbə təqaüdü 100-200 manat, Azercell tələbə təqaüdü 200 manat, SOCAR tələbə təqaüdü isə 100 manatdır.

Bunlardan başqa, bəzi universitetlərin daxili təqaüd proqramları da var. Yəni universitetə qəbul olma balına uyğun təqaüdlə yanaşı, tələbənin universitet həyatındakı fəaliyyətinə görə də əlavə təqaüd verilir.

Adlı təqaüdlərin verilməsində ən yaxşı göstərici Bakı Dövlət Universitetindədir. Burada 22 ziyalının adına təqaüd verilir. BDU-da hazırda Heydər Əliyev, Əziz Əliyev, Zərifə Əliyeva, Ziya Bünyadov, Mirzə Kazımbəy, Aida İmanquliyeva, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Səttar Süleymanov, Musa Əliyev, Mirəli Qaşqay, Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi, Mir Cəlal Paşayev, Abbas Zamanov, Arif Babayev, Yəhya Məmmədov, Həsən Əliyev, Zeynalabdin Tağıyev, Məmməd Xələfov, Murtuz Ələsgərov, Heydər Hüseynov adına təqaüdlər var.

Odlar Yurdu Universitetində 9 adlı təqaüd sistemi mövcuddur. “Azərbaycan” Universitetində isə “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” 500 manat məbləğindədir”.

Ekspertin sözlərinə görə, hazırda universitetdə yaxşı oxuyan tələbələr arasında yüksək məbləğdə təqaüd alan tələbələr var:

“Bakalavriat səviyyəsi üzrə dövlət sifarişi ilə hər hansı ali məktəbə qəbul olmuş tələbə sentyabrdan yanvara qədər 75 manat təqaüd alacaq. Həmin tələbə qış imtahan sessiyasından əlaçı çıxsa, təqaüdü 130 manat olacaq. Əgər o, müəllimlik ixtisasına qəbul olunubsa, əlavə 100 maat, təhsilini SABAH qruplarında davam etdirirsə, əlavə 50 manat təqaüd alacaq ki, bu da 280 manat təqaüd deməkdir. Bunlarla yanaşı, o tələbə AZERCELL və SOCAR-ın təqaüd proqramlarını qazansa, əlavə 300 manat təqaüd ala bilər. Tələbə Prezident təqaüdü alırsa, 210 manat da təqaüd bu məbləğlərə əlavə olunur.

Hansısa bir abituriyent kənd təsərrüfatı ixtisasları üzrə ali məktəbə dövlət sifarişli ixtisas üzrə qəbul olunubsa, əlaçı olsa 130 manat, universitetə qəbul zamanı 400-499 bal toplayıbsa əlavə 100 manat, 500-dən çox bal toplayıbsa, ayda əlavə 200 manat, Sabah qruplarında oxuyursa, əlavə 50 manat təqaüd ala bilər. Kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan hər bir tələbənin azı 380 manat təqaüd almaq imkanı var. Beləliklə, istənilən tələbə ölkəmizdə azı 300 manat təqaüd ala bilər və bu heç də çətin deyil. Hazırda ali təhsil müəssisələrimizin bakalavr pilləsində təhsil alanlar arasında 500-600 manat təqaüd alan xeyli sayda tələbə var”.

Tarix
2019.02.18 / 13:02
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla