Yuxarı

Rus dilini bilmək zəruridir - Türkoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə qədər çox dil bilsən, o qədər zənginləşirsən. Dil bilməyin nəyi pisdir ki? Bizdəki elmi ədəbiyyatın 90 faizi rus dilindədir. Rus dilini bilmək zəruridir. Çünki hələ bundan 50 il sonraya qədər öz aktuallığını qoruyacaq.

Axar.az xəbər verir ki, bu sözləri türkoloq, filologiya elmləri doktoru Firudin Cəlilov gənclərlə görüşü zamanı deyib. O, əcnəbi dildə olan məktəblərdə təhsil alan uşaqların milli kimliyinin formalaşmasının mümkün olmadığını qeyd edib:

“Amma azərbaycanlı balalarının rusdilli məktəblərdə oxumasından ziyanlı heç nə yoxdur. Ona görə ki, o uşaqlar gedib rusca oxuyanda Füzulini, M.F.Axundovu bilməyəcək, “Əkinçi”dən xəbəri olmayacaq. Niyə? Çünki bu məktəblərdə dərs rus proqramları əsasında tədris olunur. Belə olanda milli adam yetişməyəcək. Belə məktəblərdə dərslərin daha keyfiyyətli olmasını əsas gətirirlər. Bu da bir siyasətdir. Bu mənada əcnəbi məktəblərin mövcudluğunun əleyhinəyəm”.

Qeyd edək ki, bir neçə gün sonra, fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür.

Tarix
2019.02.18 / 16:12
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla