Yuxarı

Azərbaycanda quş qripi monitorinqi – Tarix açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda quş qripi ilə bağlı monitorinqlər keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Qida Təhlükəsizliyi Agentliyi yayıb.

Agentlik aidiyyəti orqanların əməkdaşları ilə birgə ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyi ilə bağlı fevralın 25-dən martın 1-dək monitorinqlər təşkil edəcək:

“Monitorinqlər Qida Təhlükəsizliyi Agentliyi və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə respublikanın müxtəlif milli park və qoruqlarında, su-bataqlıq ərazilərində, eləcə də dəniz sahili ərazilərində reallaşdırılacaq. Monitorinqlərin köçəri quşların müvəqqəti məskunlaşdığı Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatda, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağ göl Milli Parkında və Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda həyata keçirilməsi nəzərdə tutulur.

Monitorinqlər zamanı ümumi baxış keçiriləcək, təsadüfi qaydada ovlanaraq götürülən quşlar və aşkar edilərsə quş cəsədlərinin patoloji materialları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə ediləcək”.

Tarix
2019.02.18 / 16:25
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla