Yuxarı

Bakıda 14 liftdən oğurluq edən şəxs saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail RPİ-nin 39-cu Polis Bölməsinə fevralın 14-də Nizami küçəsindəki binaların birindən liftin əyləc dolağının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Axar.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər oğurluq və qəsdən sağlamlığa ağır zərər vurmaya görə məhkum olunmuş R.Əliyev olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onun digər analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, R.Əliyevin cari ilin yanvar ayının 24-dən fevral ayının 12-dək olan müddətdə paytaxtın Azadlıq prospektində, S.Vurğun, Nizami və Ü.Hacıbəyov küçələrində yerləşən binalardan 13 liftin əyləc dolaqlarını oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Tarix
2019.02.18 / 17:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla