Yuxarı

Bakıda Xəzərlə bağlı mühüm iclas başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:11

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası başlayıb.

Axar.az xəbər verir ki, toplantıda Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfov, İran, Qazaxıstan, Rusiya və Türkmənistan təmsilçiləri iştirak edirlər.

İclasda Konvensiyadan irəli gələn bir sıra məsələlər, eləcə də Aktau şəhərində baş tutmuş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının beşinci zirvə toplantısının nəticələrinə dair müzakirələr aparılır.

Qeyd edək ki, 2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalanıb və beşinci Xəzər zirvə toplantısının Kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədi ilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrup yaradılıb.

***

İclasda çıxış edən X.Xələfov bildirib ki, sənədin qəbul olunması nəticəsində Xəzəryanı ölkələr yeni mərhələyə qədəm qoyub:

“Xəzər hövzəsi və burada mövcud olan sabitlik dünya siyasi münasibətlərinə nümunə kimi qiymətləndirilə bilər. Biz bu gün bu münasibətlərdən çox məmnunuq.

5-ci Xəzər sammitində qəbul olunmuş qərarlar bu mühiti daha da möhkəmləndirib”.

Tarix
2019.02.19 / 10:29
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla